Zarat Group of Companies
Əməyin mühafizəsi üzrə mühəndis
Son tarix 09 okt 2024 - [email protected]
İş yeri: Abşerob rayonu, Digah qəsəbəsi;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
Təhsil: Ali;
Vəzifə öhdəlikləri:
- Xidmət sahəsində, bölmələrdə və ərazidə təhlükəsiz və sağlam əmək şəraitinin təmini üzrə aparılan işlərə rəhbərlik edir,
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qabaqcıl təcrübələri müəssisədə həyata keçirməyi, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik, o cümlədən yanğından mühafizə üzrə müvafiq normativ hüquqi aktların tələblərindən irəli gələn məsələlərin icrasını təmin edir,
- Avadanlıqların, qurğuların, xidmət və köməkçi binaların təhlükəsiz qayda, norma və standartların tələblərinə uyğun olmasına nəzarət etməyi, genişləndirilməkdə və yenidən qurulmaqda olan xidmət sahələrində onların istismara buraxılması kompleksinə əməyin mühafizəsi, yanğın təhlükəsizliyinə və texniki təhlükəsizliyə dair tədbirlərin daxil edilməsinə nəzarət edir,
- Əmək qanunvericiliyi sisteminə daxil olan normativ aktların tələblərini, aparılan işlərin həcmini nəzərə alaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi üçün təkliflər verməyi, iş yerində baş verən bədbəxt hadisələrin səbəblərinin analizi və qarşısını almaq üçün tədbirlər planı hazırlayır və onların həyata keçirilməsini təşkil etməyi, iş yerində əməyin mühafizəsi, texniki təhlükəsizlik və sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməyi təmin edir,
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməyi, müəssisənin müvafiq sənədlərinin əməyin mühafizəsi və təhlükəsizlik norma və qaydalarına uyğun tərtib edilməsində iştirak etməyi, binanın, avadanlıqların və iş alətlərinin əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasıni təmin etməyi, xidmət sahəsində ətraf mühitin çirkləndirilməsinin qarşısını alınması üçün müvafiq tədbirlərin görülməsini təmin edir,
- İşə götürülənlərlə giriş təlimatını aparmağı, işçiləri əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə ilkin, təkrar və növbəti təlimatlandırmağı, əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik etməyi, xidmət sahəsində, maşın-mexanizm, alət, avadanlıq və s. cihazlarda işçilərin həyatına və səhhətinə təhlükə yaradan hallar aşkar olunduqda, işin davam etdirilməsini dərhal dayandırmağı, təhlükəsiz qayda və normaların pozulmasına yol vermiş işçilər barədə tədbir görülməsi üçün rəhbərliyə dərhal yazılı məlumat verməyi, işçilərin əməyin mühafizəsi üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməyi təmin edir,
- Müvafiq təlimatların işlənib hazırlanmasında, istehsalatda bədbəxt hadisələrin araşdırılmasında, əl əməyinin, ağır və zərərli işlərin kompleks mexanikləşdirilməsinə, həmin işlərin ixtisara salınması üzrə tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak edir,
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxır və lazımi ölçülər götürməyi öhdəsinə götürür.
- İşçi həmçinin sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına, əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə; səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına, havalandırma və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə nəzarət edir,
- Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə, iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına, işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə, istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına, işçilərə xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin verilməsinə, həmin vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və işçilər tərəfindən iş zamanı xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin istifadə olunmasının təmin edilməsinə, əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizliyi məsələlərindən irəli gələn digər hallara nəzarət etməyi öhdəsinə götürür.
Tələblər:
- Əməyin mühafizəsi üzrə müvafiq sertifikatlara sahib olmaq
- Ofis proqramlarında sərbəst işləmək bacarığı;
- Problem həll etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
Əməkhaqqı: 800 AZN (namizədin bilik və bacarıqlarına uyğun olaraq dəyişə bilər)
İş şərtləri:
- Yarım ştat
- 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Əməyin mühafizəsi üzrə mühəndis” yazıb göndərməklə müraciət edə bilərsiniz
Maliyyə mütəxəssisi
Son tarix 09 okt 2024 - [email protected]
İş yeri: Bakı şəhəri;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
Təhsil: Ali.
Vəzifə öhdəlikləri:
- Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi;
- Müəssisənin illik büdcəsinin planlaşdırılması, digər struktur bölmə rəhbərləri ilə birgə büdcənin hazırlanması və icrasına nəzarət etmək;
- Şirkətin siyasətinə uyğun illik maliyyə planlarını tərtib etmək, faktiki və plan tutuşdurulması əsasında onun icrasına nəzarət etmək;
- Cəmiyyətin cari öhdəliklərini yerinə yetirmək məqsədilə pul vəsaitlərinin ehtiyatını təmin etmək, pul vəsaitlərin hərəkətini mütəmadi təhlil etmək və pul vəsaitlərinin sərfiyyatı ilə bağlı qısamüddətli proqnozlar vermək;
- Müəssisənin maliyyə və iqtisadi vəziyyətini və fəaliyyətinin nəticələrini təhlil etmək, şirkətin likvidliyini təmin etmək;
- Şirкətin fəаliyyət хərclərinin аnаlizi və хərclərin аzаldılmаsı yоllаrını аrаmаq və еffекtivliyinin yахşılаşdırılmаsı;
- Cəmiyyətin maliyyə hesabatlarının düzgünlüyünü və orada olan məlumatların etibarlılığını təmin etmək;
- Şirкətin sаtınаlmа risкlərinə nəzаrət və оnun оptimаl səviyyədə sахlаnılmаsı;
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsini həyata keçirmək;
- Müəssisələrdən gələn hesabatlara əsasən məlumatların uçota alınması;
- Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.
Tələblər:
- Beynəlxalq maliyyə standartlarını bilmək (İFRS);
- Maliyyə auditi sahəsində təcrübə;
- MDB ölkələrində yerləşən ofislər ilə sıx əməkdaşlığı nəzərə alaraq rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
- Xarici ölkələrə ezamiyyələrə açıq olmalı;
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
Əməkhaqqı: 1000 AZN
İş şərtləri:
- 6 günlük iş həftəsi (Şənbə günü qısa iş günüdür)
- İstirahət günü: Bazar
Müraciət qaydası:
- CV-nizielektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Maliyyə mütəxəssisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Oфис-менеджер
Son tarix 09 okt 2024 - [email protected]
Место работы: Баку;
Обязанности:
- Составлять график встреч и организовывать их в соответствии с графиками;
- Принимать входящие звонки (и запросы сделанные другими способами) и направлять их по назначению, вести обновленный список телефонов компании;
- Встреча и сопровождение гостей ;
- Определение внутренних потребностей офиса, оформление заказов, контроль поставок расходных материалов, воды и продуктов питания;
- Уборка помещения генерального директора и контроль работы уборщицы;
- Приготовление и подача чая, кофе Генеральному директору ;
- Составление, печать и отправка различных видов документов (например, визиток и т.п.);
- Организация мероприятий;
- Организация и контроль работ по ремонту помещений офиса;
- Организация и бронирование транспорта, связанного с поездками сотрудников;
- Подготовка отчетов о проделанной работе, а также по другим темам, связанным с работой по поручению Генерального директора.
Требования:
- Только кандидаты-женщины;
- Знание русского языка должно быть на отличном уровне;
- Умение пользоваться офисными программами;
- Способность решать проблемы;
- Умение работать в команде;
- Внимание и аккуратность.
Зарплата: 500-600 манат в зависимости от уровня знаний
Рабочие условия:
6-дневная рабочая неделя;
Выходной - воскресенье
Кандидатов просим отправлять свое резюме на адрес электронной почты указав в теме письма название вакансии “Oфис-менеджер”
Mühasib (Cəlilabad)
Son tarix 09 okt 2024 - [email protected]
İş yeri: Cəlilabad rayonu;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
Təhsil: Ali;
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- Avans sahiblərinin balanslarına nəzarət etmək
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
- Müəssisələrdən gələn hesabatlara əsasən məlumatların uçota alınması;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.
Tələblər:
- 1C proqramından istifadə bacarığı;
- MS Excel proqramından istifadə bacarığı;
- ACCA sertifikatı olması üstünlükdür;
- Problem həll etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
Əməkhaqqı: 800 AZN
İş şərtləri
- 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Mühasib-Cəlilabad” yazıb göndərməklə müraciət edə bilərsiniz
Energetik
Son tarix 09 okt 2024 - [email protected]
Energetik
İş yeri: Siyəzən rayonu, Zarat kəndi;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 5 il;
Təhsil: Elektrik və ya Elektroenergetika üzrə ali təhsil;
Vəzifə öhdəlikləri:
- 35 KV elektrik y/s - da operativ əməliyyatların icrası, avadanlıqların istismarı və təmiri üzrə işlərin icrası
- Elektrik kabellərinin, maşınlarının, elektrik cihazlarının sınaqdan keçirilməsini, təmirini, montajını, elektrik sxemləri üzrə işlərin görülməsini, nasazlıqların aradan qaldırılmasını, layihələndirmənin həyata keçirilməsini təmin etmək,
- Müəssisədəki avadanlıq, qurğu və təchizatların təlimata uyğun şəkildə işlədilməsini təmin etmək və onlara nəzarət etmək,
- Elektrik və elektronik idarəetmə ilə işləyən avadanlıq və təchizatların konstruktiv xüsusiyyətlərini, iş rejimini və istismar qaydalarını nəzərə alaraq işi təşkil etmək,
- Müəssisədə çalışan elektriklərin və montyorların gördüyü işlərə nəzarət etmək,
- Keyfiyyət və təhlükəsizliyə zəmanət tədbirlərini həyata keçirmək.
Tələblər:
- Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması və istismarı qaydalarına bələd olmalı;
- Yüksək gərginliyə müdaxilə etmə icazəsi olmalı;
- Problem həll etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik və dəqiqlik.
Əməkhaqqı: 1000 AZN
İş şərtləri:
- 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizielektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Energetik” yazıb göndərməklə müraciət edə bilərsiniz