Zarat Group of Companies
Mühasib (Cəlilabad)
Son tarix 19 sen 2024 - [email protected]
İş yeri: Cəlilabad rayonu;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
Təhsil: Ali;
Vəzifə öhdəlikləri:
- Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, debitor borcları ilə bağlı danışıqların aparılması, borclara nəzarət və təhlil
- Avans sahiblərinin balanslarına nəzarət etmək
- İşçilərlə hesablaşmaların təmin edilməsi
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi və uçotunun aparılması
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi
- Bank və kassa əməliyyatları üzrə pul vəsaitlərinin hərəkətinin hesabatını hazırlamaq
- Müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq
- Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları aradan qaldırmaq
- Mühasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və müəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparmaq
- Bütün növ mühasibat əməliyyatlarının mühasibatlıq proqramına daxil edilməsi
- Maliyyə hesabatlarının tərtib edilməsi
- Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi
- Müəssisələrdən gələn hesabatlara əsasən məlumatların uçota alınması;
- Maliyyə ehtiyaclarının və maliyyə xərclərinin analiz edilməsi;
- Mənfəət və zərər hesabatının, kapitalda dəyişikliklər haqqında hesabatın hazırlanması.
Tələblər:
- 1C proqramından istifadə bacarığı;
- MS Excel proqramından istifadə bacarığı;
- ACCA sertifikatı olması üstünlükdür;
- Problem həll etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
Əməkhaqqı: 1000 AZN
İş şərtləri:
- 6 günlük iş həftəsi (Şənbə qısa iş günüdür);
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizi qeyd edilmiş elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Mühasib-Cəlilabad” yazıb göndərməklə müraciət edə bilərsiniz