Əmlak və Məsuliyyət Sığortası üzrə Broker
• İnşaat və mühəndislik sahəsində dərin bilik və təcrübəyə sahib olmalı;
• İnşaat işlərinə qoyulmuş texniki, iqtisadi, ekoloji, sosial və digər tələbləri bilməli;
• Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini bilməli;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilməli;
• Müştərilərə Əmlak Məsuliyyət və İnşaat Sığorta növləri üzrə izah vermək bacarığı olmalı və bu məqsədlə görüşlər təyin edərək həmin görüşlərdə iştirak etməli;
• Müştərilərin maraqlarının müdafiəsi məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə bilavasitə və daim əlaqə yaratmalı;
• Sığorta şirkətlərindən daxil olan sənədləri təhlil etməli;
• Yeni müştəri bazası yaratmaq məqsədi ilə soyuq zəng, elektron poçt vasitələrindən və görüşlərdən istifadə etməli;
• Sığorta bazarında, qanunvericiliyində və müştərilərin biznes fəaliyyəti sahəsində baş verən dəyişikliklər barədə məlumatlı olmalı.
Bilik və bacarıqlar:
• Ali təhsil (inşaat və ya iqtisadi MBA);
• İnşaat sahəsində 2 il təcrübə;
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel, Yüksək Texnologiyalar (İT) biliklərindən istifadə bacarığı;
• Azərbaycan, İngilis dillərində yüksək səviyyədə, Rus və diqər dilləri orta səviyyədə biliklərin olması arzuolunandır;
İş şərtləri:
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsasında təyin olunur (AZN800-AZN1200 NET).
E-mail: [email protected]