YKT Tikinti
Keyfiyyətə nəzarət üzrə mühəndis
Son tarix 01 iyl 2024 - [email protected]
Tələblər:
- Ali təhsil
- Minimum 5 il təcrübə
- ISO Keyfiyyət İdarəetmə Sistemi üzrə bilik və təcrübə;
- Güclü analitik düşünmə bacarıqları;
- Keyfiyyətə nəzarət prosedurları və standartları üzrə biliklər;
İşin təsviri:
- Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarəedilməsi Planının və prosedurunun hazırlanması, prosesə nəzarət edilməsi;
- Yoxlama və testləri həyata keçirmək üçün müvafiq standartların hazırlanması və test metodlarına nəzarət;
- Sahədəki bütün materialların keyfiyyətinin yoxlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
- Materialların texniki sənədlərlə təsdiq edilmiş tələblərə, təchizatçılarla imzalanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması;
- Keyfiyyət gösətricilərinə uyğun Subpodratçıların qiymətləndirilməsi və seçimi ilə bağlı əməkdaşaları ilə sıx mütamədi əlaqə;
- ISO 9001, ISO 14001 standartlarının tətbiqi;
- Sub- podratçıların keyfiyyətə nəzarət planlarının və hesabatlarının nəzərdən keçirilməsi, yoxlanması və təsdiqlənməsi;
- Layihə üzrə Keyfiyyətə nəzarət üzrə Təlim Planınının hazırlanması və həyata keçirilməsi;
- Təhlükəsizlik və keyfiyyətin idarəsi üzrə aylıq hesabatın hazırlanması və Rəhbərliyə təqdim edilməsi.
İş haqqında məlumat:
- 6 günlük iş rejimi
- Nahar şirkət tərəfindən gün ərzində 3 dəfə verilir və müvəqqəti yaşayış yeri ilə təmin olunur
- Əlaqə nömrəsi ilə təminat
İş yeri: Salyan şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Keyfiyyətə nəzarət üzrə mühəndis” qeyd olunmaqla, göndərə bilərlər.