Yığım Payment System
AML Komplayns üzrə aparıcı mütəxəssis
Son tarix 25 dek 2025 [email protected]
Əmək funksiyaları:
- Müvafiq daxili qaydaların, prosedurların və nəzarət mexanizmlərinin tətbiqini həyata keçirmək.
- Şirkət fəaliyyətlərinin Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalarına uyğunluğunu təmin etmək.
- “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tələblərinə uyğun siyasət və tədbirlər həyata keçirmək.
- Şübhəli əməliyyatların aşkarlanması və onların dayandırılması üçün prosedurların tətbiqini təmin etmək.
- Şirkət daxilində korrupsiya, dələduzluq (fraud) və digər hüquq pozuntuları ilə bağlı təhqiqatlar aparmaq.
- Aşkar edilən pozuntularla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək və nəticələr haqqında rəhbərliyə məlumat vermək.
- Daxili nəzarət tədbirlərinin nəticələrinə dair müvafiq məlumatları struktur bölmələr və rəhbərliklə bölüşmək.
- Şöbənin fəaliyyətinə dair təhlilləri və statistik məlumatları hazırlamaq.
- İstifadə olunan resurslarda israfçılığın və ya sui-istifadə hallarının qarşısını almaq.
- Şirkət əməkdaşlarına daxili nəzarət və uyğunluq prosedurlarını izah edən təlimlər keçmək.
- Şirkətin digər struktur bölmələri ilə qarşılıqlı əməkdaşlığı təmin etmək.
- Qanunvericilik orqanları və nəzarət qurumları ilə (Mərkəzi Bankla) koordinasiyanı təmin etmək.
- Həyata keçirilən əməliyyatların gündəlik monitorinqini aparır, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq edir və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Maliyyə Monitorinqi orqanına təqdim edilməsini, habelə daxil olan sorğuların cavablandırılmasını təmin edir;
- ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə Təlim Planın uyğun olaraq mütəmadi təlimlərin keçirilməsini təşkil edir
- Əməliyyatın həyata keçirilməsinin dayandırılması ilə əlaqədar əmələ gələ biləcək problemlərin həlli istiqamətində tədbirlər görür;
- Qanunvericilikdə nəzərdə tutulan müddətlərdə rəhbərliyə yüksək riskli əməliyyatlar, Ödəniş təşkilatının məruz qala biləcək potensial ƏL/TM riskləri, institusional risk qiymətləndirilməsinin nəticələri və Maliyyə Monitorinqi orqanına təqdim edilmiş hesabatlar barədə məlumat verir;
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.










