YIĞIM Payment System
Hüquqşünas
Son tarix 27 okt 2025 - [email protected]
Əmək funksiyası:
- Şirkətin hüquqi maraqlarını qorumaq, müqavilə və əməliyyatların qanuni olduğunu təmin etmək
- Şirkətin fəaliyyətinə dair qanunvericilik aktlarının izlənilməsi və təhlili, dəyişikliklərin rəhbərliyə təqdim edilməsi.
- Şirkətin müqavilə və digər hüquqi sənədlərinin hazırlanması, ekspertizası və razılaşdırılması.
- Müştərilər, tərəfdaşlar və podratçılarla bağlanan müqavilələrin risklərinin hüquqi baxımdan qiymətləndirilməsi.
- Fintex fəaliyyətinə aid lisenziyalaşdırma, maliyyə monitorinqi, rəqəmsal ödənişlər və data qorunması ilə bağlı hüquqi məsələlərin həllində iştirak.
- Şirkətin maraqlarını məhkəmə və digər dövlət orqanlarında təmsil etmək.
- Hüquqi rəy və məsləhətlərin verilməsi, rəhbərliyin qərar layihələrinin hüquqi ekspertizasının aparılması.
- Əmək münasibətlərinin hüquqi tənzimlənməsi (əmək müqavilələri, daxili intizam qaydaları və s.).
- Şirkətin daxili qayda və prosedurlarının hazırlanmasında hüquqi dəstək göstərmək.
- Şirkətin fəaliyyəti ilə bağlı AML/CFT (pul yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə), data privacy və maliyyə qanunvericiliyi sahələrində uyğunluğun təmin olunmasında iştirak.
- Şirkətin adından dövlət orqanları və digər təşkilatlarla yazışmalar aparmaq.
- Müqavilə və qərarların qanunvericiliyə zidd olması barədə rəhbərliyi məlumatlandırmaq və onların icrasını dayandırmağı təklif etmək.
- Öz səlahiyyətləri çərçivəsində hüquqi rəy vermək və şirkətin maraqlarının qorunması ilə bağlı təşəbbüslər göstərmək.
- Hüquqi sənədləri düzgün hazırlamaq
Bilməlidir:
- Mərkəzi Bankın ödəniş xidmətləri sahəsində fəaliyyət göstərən təşkilatlardan tələb etdiyi qaydaları
- Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında Azərbaycan Respublikası qanununu
Vəzifə tələbləri:
- Ali təhsil (hüquq sahəsində) və minimum 2-3 il iş təcrübəsi.
- Fintex və bank sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
- Məhkəmə proseslərində işəgötürəni təmsil etmə və çıxış etmə təcrübəsi
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.