Yevlakh City Hotel
Assistant Engineering Manager/ Texniki işlər üzrə menecer müavini
Son tarix 24 okt 2025 - [email protected]
Ünvan: Yevlax şəhəri, Ceyhun Mustafayev.129a
Vəzifə öhdəlikləri:
- Texniki şöbənin idarə olunması və ümumi rəhbərliyin həyata keçirilməsi, tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünün aparılması, gündəlik texniki yoxlamaların və təmir işlərininin idarə edilməsi;
- Əməliyyat səmərəliliyini qorumaq və aktivlərin ömrünü uzatmaq üçün müntəzəm yoxlamaların, profilaktik baxımların və zəruri təmirlərin effektiv şəkildə planlaşdırılmasını və həyata keçirilməsini təmin etmək;
- Texniki şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
- Təmir və xidmət üçün lazımi materialların və ehtiyat hissələrinin sifarişinin əvvəlcədən planlaşdırılaraq icra edilməsi;
- Bütün daxili şöbələrin şikayətləri və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq;
- Şöbənin fəaliyyətinin və tələb olunan ərazilərin təkmilləşdirilməsi məqsədilə daimi yeni təkliflər hazırlayaraq rəhbərliyə təqdim edilməsi və təsdiq olunduqda icrasının həyata keçirilməsi;
- Bina, onun sistemləri və istismar prosedurlarının qüvvədə olan daxili prosedurlar və qanunvericiliklə uyğunluq təşkil etməsinin təmin olunması;
- Fövqəladə halların aradan qaldırılması üzrə tədbirlər, habelə bütün həyat təhlükəsizliyi, yanğından mühafizə sistemlərinin istismarı, texniki xidmətinə dair planın hazırlanması
Tələblər:
- Ali təhsil (xüsusi ilə Mühəndislik, texniki və ya oxşar sahələrə üstünlük verilir);
- Namizəd: Azərbaycan vətəndaşı
- Təcrübə: Texniki layihələrin idarə edilməsi sahəsində sahəsində ən azı 3 il iş təcrübəsi;
- Müvafiq sahələrdə texniki komandaların idarə edilməsində geniş təcrübə;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- MS Office proqramlarında işləmək bacarığı
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Könülü tibbi sığorta;
- Qalmaq yeri ilə təmin olunma;
- Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
- Tibbi sığorta
İş yeri: Yevlax şəhəri.
Müraciət forması:
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlərdən CV göndərərkən mövzu yerində müraciət edilən vəzifə adının qeyd edilməsi xahiş olunur.
Assistant Front Office Manager/ Qəbul və qeydiyyat üzrə menecer müavini
Son tarix 24 okt 2025 - [email protected]
Ünvan: Yevlax şəhəri, Ceyhun Mustafayev.129a
Vəzifə öhdəlikləri:
- Qonaqların gəlişlərinin qeydiyyata alınması, yoxlanması;
- Şöbənin bütün prinsiplərinə, proseduralarına, standartlarına uyğun qonaq tələblərinin həyata keçirilməsinin təmin edilməsi;
- Otelin həyata keçirdiyi prinsip, prosedur və standartların inkişaf etdirilməsində və həyata keçirilməsində iştirak etmək;
- Şöbənin fəaliyyətinin yüksək səviyyədə həyata keçirilməsini təmin etmək üçün İnsan resursları şöbəsi ilə işçilərin seçilməsi, onları təlimatlandırılması, növbələrin təyin edilməsi və onların fəaliyyətlərinin idarə edilməsi;
- Otaqların inventarının (avadanlıqların) yoxlanması, qeydiyyatların aparılması, qrup bronların edilməsi, yüklərin yerləşdirilməsi, lüks otaqların satılmasına nəzarət etmə ilə Otelin gəlirinin yüksəldilməsi;
- VİP qonaqların qarşılanması,qonaqlara yüksək səviyyəli xidmət göstərilməsinin təşkili;
- İşçi heyətin hazırlanmasında ehtiyacın olub-olmadığının müəyyənləşdirilməsi, təlim fəaliyyətinin planlaşdırılması və həmin heyətin administrativ iş fəaliyyətinin bütün bölmələr üzrə həyata keçirilməsinə nəzarət edilməsi;
- Şöbənin iş həcminə və prioritetlərə müvafiq olaraq iş qrafiklərinin tərtib edilməsi və nəzarətin təşkil edilməsi;
- İdarəetmə və görüşlərdə iştirak etmək, hesabat və xidmət haqqında qeydlər etmək və vəzifə fəaliyyəti ilə əlaqədar olan digər spesifik vəzifələr kimi administrativ vəzifələr komplektinin həyata keçirilməsi;
Tələblər:
- Ali təhsil (xüsusilə İdarəetmə, Turizm və Otelçilik, Biznes İdarəetməsi və ya oxşar sahələrə üstünlük verilir);
- Namizəd: Azərbaycan vətəndaşı
- Təcrübə: Otelçilik sahəsində ən azı 3 il iş təcrübəsi;
- Xarici qonaqlarla ünsiyyət üçün ingilis dili biliyi, əlavə olaraq isə rus dili biliyi üstünlükdür;
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- MS Office proqramlarında işləmək bacarığı
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi;
- İstirahət günü: 2 (iki) gün;
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Könülü tibbi sığorta;
- Qalmaq yeri ilə təmin olunma ;
- Tabia Group tabeliyində yer alan otellərdə endirim imkanları;
- Tibbi sığorta
İş yeri: Yevlax şəhəri.
Müraciət forması:
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Namizədlərdən CV göndərərkən mövzu yerində müraciət edilən vəzifə adının qeyd edilməsi xahiş olunur.