İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibatlaşdırma və ödənişlər departamentinin Qeyri-Kredit İnzibatlaşdırılması Şöbəsinin Müdiri vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “İnzibatlaşdırma və ödənişlər departamenti, Qeyri-Kredit İnzibatlaşdırılması Şöbəsi / Müdiri” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnzibatlaşdırma və ödənişlər departamenti
Vəzifə: Müdir
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Satış nöqtələrindən daxil olan müştəri ödəniş tapşırıqlarının yığılmasının və təsdiqinin təmin edilməsi;
- Hesabların açılması üzrə sənədlərin və məlumatların Bankın müvafiq daxili qayda və prosedurlarına uyğun yoxlanılması və təsdiqlənməsinin təmin edilməsi və nəzarət;
- Depozit əməliyyatları üzrə sənədlərin və məlumatların Bankın müvafiq daxili qayda və prosedurlarına uyğun yoxlanılması və təsdiqlənməsinin təmin edilməsi və nəzarət;
- Bankın müvafiq daxili qayda və prosedurlarına uyğun digər qeyri-kredit əməliyyatlarının icra və təsdiqlənməsinin təmin edilməsi və nəzarət;
- Valyuta əməliyyatları üzrə valyuta rejimi tələblərinin gözlənilməsinə nəzarət, bununla bağlı tələb olunan məlumatların müvafiq nəzarət orqanlarına təqdim edilməsinin təmini;
- İnternet bankçılıq üzrə təsdiq tələb edən qeyri-kredit müştəri əməliyyatlarının yoxlanılması və təsdiqinin təmin edilməsi;
- Ehtiyac olduqda təlim materialları hazırlayıb təlimlər keçirmək;
- Şöbənin fəaliyyətinə nəzarəti həyata keçirmək, işin keyfiyyətinə nəzarət etmək;
- Birbaşa tabeçiliyində olan işçilərə dəstəyin göstərilməsi, işçilərin təlimatlandırılması və bilik səviyyəsinin artırılması məqsədilə tələb olunan təlimlərin təmin edilməsi;
- Yeni işçilərin tələb olunan qaydada təlimatlandırılmasının təşkili.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- AR banklar və bank fəaliyyəti haqqında mövcud qanunvericiliyi üzrə biliklər;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Dil bilikləri: Azərbaycan dilindən sərbəst istifadə, Rus və İngilis dili bilikləri arzuolunandır;
- İdarəçilik bacarığı;
- Analitik qabiliyyət və işgüzar fəallıq;
- Komandada işləmək bacarığı;
- Detallara diqqətli və məsuliyyətli yanaşma.
İş müddətində əldə edəcəksiniz:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri