İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Bakı, Gəncə, Lənkəran və Bərdə filialları üzrə İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Consumer Lending_Baku”, “Consumer Lending_Ganja”, “Consumer Lending_Lankaran”, “Consumer Lending_Barda” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Bakı filialları
Vəzifə: İstehlak kreditləri üzrə kiçik/aparıcı/baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial müdiri
Vəzifə öhdəlikləri:
- Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
- Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
- Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
- Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
- Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
- Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
- Ümumi fəaliyyətə dair hesabatlar hazırlanması;
- Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı (Rus dilini bilmək arzu olunandır);
- Ünsiyyətcil, təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq;
- Yüksək qavrama, öyrənmə və insanları inandırma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Müştəri yönümlülük
- İpoteka bilikləri arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv