İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Brendin İdarəedilməsi departamentində Kopirayter” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kopirayter” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Brendin İdarəedilməsi departamenti
Vəzifə: Kopirayter
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
• Daxili və xarici kommunikasiya mətnlərinin tərtib olunması və redaktəsi;
• Bazar trendlərinin, yeniliklərin izlənilməsi və onların işdə tətbiqi;
• Görülən layihələrlə bağlı digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq aparmaq;
• Hədəf qrupu və bazarı araşdıraraq kreativ həllər təklif etmək;
• Ayrı-ayrı ideyalarla bərabər, ilk addımdan yekun məhsula qədər tam konseptlərin hazırlanması;
• Bütün layihələrdə brendin kommunikasiya tərzinə uyğunluğu təmin etmək.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Kreativ portfolio;
• Azərbaycan dilində səlis yazı, Rus və İngilis dil bilikləri arzuolunandır ;
• Bu sahədə minimum 3 il iş təcrübəsi;
• Fərdi və komandada işləmək bacarığı;
• Dəqiqlik və operativlik;
• “Nə üçün siz?” sualına cavabı 10 sözlə CV-nizin sonuna qeyd etmək.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə biznes məhullarının satışı departamentinin Alternativ Kanallar ilə satışın təşkili şöbəsində Telesatış qrupunda təcrübəçi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Alternativ sales_Intern” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Struktur: Pərakəndə biznes məhullarının satışı departamenti / Alternativ Kanallar ilə satışın təşkili şöbəsi / Telesatış qrupu
Vəzifə: Təcrübəçi
Bilavasitə tabeçiliyi: Şöbə müdiri və ya qrup rəhbəri
Vəzifə öhdəlikləri:
• Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı;
• Mövcud kampaniya və güzəştlər barədə müştərilərin zəng vasitəsilə məlumatlandırılması;
• Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglərin təşkili:
• Bankın mövcud məhsul və xidmətləri üzrə müştəri məmnunluğunun müəyyən edilməsi məqsədilə telefon zənglərinin təşkil edilməsi.
Tələblər:
• Bankın dəyərlərinə uyğun davranış;
• Ali təhsil;
• Azərbaycan, Rus dillərini mükəmməl bilmək. İngilis dili arzuolunandır;
• Məhsul və ya xidmətin təbliği qabiliyyəti;
• Müştərini inandırmaq və telefonla satış qabiliyyəti;
• Satış sahəsində ən azı 1 il təcrübə;
• Ünsiyyətçilik və səlis danışıq səriştəsi;
• Komandada işləmək bacarığı;
• Analitik düşünmə bacarığı, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası;
• Müştəri xidmət standartları haqqında təsəvvürə malik olmalı;
• Stresli vəziyyətləri idarə etmək bacarığı