Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “UX/UI dizayner” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “UX/UI dizayner” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Məhsulların inkişafı departamenti
Vəzifə: UX/UI dizayner
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Məhsul üzrə menecerlər (Product Manager), baş dizayner (Design Lead) və tərtibatçılarla (developer) birgə iş nəticəsində müştəri tələblərinə/ehtiyaclarına, məhsulun mövzusuna, vizyonuna və biznes tələbinə uyğun UX və UI dizaynların yaradılması;
- Müştəri təcrübəsinin və tələbatlarının araşdırılması;
- İstifadəçi personalarının müəyyən edilməsi və araşdırılması;
- Yaradılmış dizayn prototiplərinin potensial istifadəçilərlə test edilməsi, nəticələrin analizi;
- Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməsi;
- Yaradılmış rəqəmsal məhsulların interfeys dizaynının inkişaf etdirilməsi.
Vəzifəyə tələblər:
- Müştəri ehtiyaclarının araşdırılmasının nəticələrinə uyğun UX dizaynların və konseptlərinin hazırlanmasında təcrübə;
- Araşdırma, qiymətləndirmə və analitik bacarıq;
- Yüksək kommunikasiya və komandada işləmək bacarıqları;
- Dizaynların müştəri tələbatlarına cavab verdiyinin yoxlanılması üçün prototip-test proseslərinin təşkil olunmasında təcrübə;
- Usability və A/B testing proseslərinin təşkili üzrə təcrübə arzuolundır;
- Yüksək səviyyədə visual dizayn qabiliyyəti;
- Sketch, Figma və Adobe CS proqramlarının istifadəsində təcrübə;
- Yaxşı səviyyədə interaktiv dizayn qabiliyyətləri və ya vizyonu;
- Şəbəkə protokolları və verilənlər bazaları ilə iş təcrübə;
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.
- Rus və ya İngilis dili arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda İnzibati departamentin İnzibati dəstək şöbəsinin administrativ işçisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Administrativ işçi_Bakı”, “Administrativ işçi_Sədərək” “Administrativ işçi_Sumqayıt” “Administrativ işçi_Bərdə” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnzibati departamenti / Bakı, Sumqayıt, Sədərək və Bərdə filialları
Vəzifə: Administrativ işçi
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Filialdaxili ofis mebellərinin cari və bərpaedici təmir işləri;
- Filialdaxili cari elektrik işləri;
- Filialdaxili cari və bərpaedici rənqsaz/malyar işləri;
- Filialdaxili qapı kilidləri, pəncərə cəftələrinin təmiri və yenisi ilə əvəz olunması işləri;
- Filialdaxili cari və bərpaedici santexnik işləri;
- Filialdaxili yaranan məişət-texniki problemləri həll etmək;
- Filialdaxili elektrik avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək.
Tələblər:
- Komandada işləmək bacarığı və stressə dözümlülük;
- Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı;
- Azərbaycan dilində səlis danışmaq bacarığı.
İş müddətində əldə edəcəksiniz:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri