İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Plastik Kartlarla Əməliyyat Şöbəsinin Baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Plastik Kartlarla Əməliyyat Şöbəsi / Baş Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Plastik Kartlarla Əməliyyat Şöbəsi
Vəzifə: Baş Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə Meneceri
Vəzifə öhdəlikləri:
• Ödəniş kartı məhsulları üzrə bank əməliyyat sistemində əks olunan məlumatların yoxlanılması;
• Azericard Online Risk Monitorinq proqramında risk qaydalarını monitorinq etmək və risk qaydaları üzrə hesabatlar hazırlamaq;
• Beynəlxalq Ödəniş Sistemlərinin tələb olunan risk və əməliyyat qaydalarına riayət etmək;
• Müştərilərin plastik kartlar üzrə problemli əməliyyatlarının nəzərdən keçirilməsi, disput proseslərinin aparılması (Chargeback), plastik kartlar üzrə texniki problemlərin həll edilməsi;
• Plastik kartlar üzrə limitlərin modifikasiyası və sazlanması üçün lazımi olan işlərin aparılması. Plastik kartlar üzrə keçirilən əməliyyatların potensial fraud (dələduzluq, oğurluq) üzrə yoxlanılmasında işlərin təşkili;
• Beynəlxalq ödəniş sistemlərlə və digər banklarla işgüzar yazışmaların aparılması;
• Plastik kartlar üzrə yaranmış problemlərin aradan qaldırılmasında filiallara dəstək göstərmək;
• Kart sistemi (Telescope) ilə işləmək bacarığı;
• Chargeback və ödəniş kartları üzrə aparılan digər münaqişəli prosseslərin idarə olunma bacarığı;
• Ödəniş kartları üzrə əməliyyat risklərinin idarə edilməsi;
• Prossesinq mərkəzindən gələn faylların yüklənməsinə nəzarət, bankın gündəlik balans hesabatının sistemdən çıxardılması;
• Kart vasitəsi ilə aparılan əməliyyatlar üzrə klirinq faylları və hesabatların icrası, kart balansların yenilənməsi;
• Aparılan gündəlik klirinq əməliyyatlarından sonra hesablarda yaranan öhdəliklər üzrə nəzarətin aparılması;
• Şöbənin gündəlik əməliyyatları üzrə hesablaşma hesabatlarının hazırlanması və düzgünlüyünü təmin edilməsi.
Tələblər:
• Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini əla səviyyədə bilməli;
• Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi bankın normativ sənədlərinin tələblərinə yaxında bələd olmalı;
• Beynəlxalq ödəniş sistemi üzrə qaydaları bilməli;
• Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı;
• İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meyilli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
• MS office proqramlarını mükəmməl səviyyədə bilməli
İş müddətində əldə edəcəksiniz:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əməkhaqqı və iş qrafiki
• Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri