Yelo Bank
"Yelo Bank" işçilər axtarır - VAKANSİYALAR
Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis
Son tarix 05 iyn 2023 - [email protected]
Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar” qeyd etməklə öz CV-lərinizi göndərə bilərsiniz.
Struktur: Plastik kartlarla əməliyyatlar şöbəsi
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Bankomatların monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
 - Ödəniş terminallarının monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
 - POS terminalların müştəriyə təhvil verilməsi və müştəridən təhvil alınması;
 - Bankomatlarda reklam çarxlarının dəyişdirilməsi;
 - Router, modem quraşdırılması və konfiqurasiyası.
 
Tələblər:
- Ali təhsil;
 - Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi (Rus və İngilis dili arzu olunandır);
 - MS Office proqramlarından sərbəst istifadə bacarığı;
 - Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi keyfiyyətlərə malik olması.
 
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
 - Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
 - Tibbi sığorta proqramına qoşulma;
 - Müasir idarəetmə sistemi və mehriban kollektiv.
 
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







