Yelo Bank
Əmək münasibətlərinin tənzimlənməsi şöbəsində mütəxəssis/aparıcı mütəxəssis
Son tarix 26 iyn 2022 - [email protected]
Struktur: İnsan Kapitalının İdarəedilməsi departamenti, Əmək münasibətlərinin tənzimlənməsi şöbəsi
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və bankdaxili qaydalara uyğun işçilərin qəbulu, yerdəyişməsi, kadrların ixtisasının artırılması və s. sənədlərin və əmrlərin rəsmiləşdirməsi;
- Əmək kitabçalarının əmrlər əsasında yazılması;
- Əmək müqavilələrinə bütün növ dəyişikliklərin rəsmiləşdirilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- İşçilərin şəxsi iş qovluqlarının formalaşdırılması;
- Məzuniyyət planlaması prosesinin şirkət üzrə idarəedilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Ezamiyyət əmrlərinin rəsmiləşdirilməsi;
- ƏMAS sistemi vasitəsilə yeni işçilərin əmək müqavilələrinin, əmək müqaviləsinə xitamının, vəzifə dəyişikliyinin və s. qeydiyyatının aparılması;
Tələblər:
- Ali təhsil;
- Müvafiq istiqamətdə 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – sərbəst danışıq və yazı qabiliyyəti, Rus və İngilis dili bilənlərə üstünlük veriləcəkdir;
- Excel biliyi səviyyəsi - Yaxşı;
- Məsuliyyət, diqqət, dəqiqlik;
- Stressə davamlıq;
- Səmərəli ünsiyyət qurmaq bacarığı;
- Problemli halların idarəedilməsi bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “HR” qeyd etməklə öz CV-lərinizi elektron ünvana göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.