Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis
Son tarix 15 dek 2021
Struktur: Xəzinədarlıq departamenti
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
-
Yerli və xarici müxbir banklarla hesablarla bağlı yazışmaların aparılması;
-
Yerli və xarici müxbir bankların sorğusu əsasında hesab üzrə sənədlərin toplanması və mübadiləsi;
-
Yerli və xarici müxbir banklardakı hesablar üzrə sənədlərin bankın digər strukturları vasitəsilə toplanması;
-
Yerli və xarici bankların “loro” müxbir hesabları üzrə sənədlər paketinin ildə bir dəfə yenilənməsi üçün tədbirlərin görülməsi;
-
Yerli və xarici banklar haqqında statistik, maliyyə və digər məlumatların toplanması;
-
Fəaliyyət sahəsi üzrə hesabatların, təqdimatların hazırlanması;
-
Yerli və xarici banklarla görüşlərin təşkil olunması;
-
Bankın seminarlarında iştirakçı və mühazirəçi qismində fəal iştirak etmək;
-
Fəaliyyət sahəsinə aid layihələri aparmaq;
-
Fəaliyyətinə aid bankdaxili normativ sənədlərin hazırlanması.
Tələblər:
-
Yüksək məntiqi düşüncə qabiliyyəti;
-
Ali təhsil (iqtisadi təhsil arzuolunandır);
-
Bank sahəsində minimum 1 (bir) il təcrübə (müvafiq sahədə olması arzu ediləndir);
-
Bank qanunvericiliyi haqqında biliklər;
-
Bank alətləri haqqında ümumi biliklər;
-
SWIFT formatları haqqında biliklər;
-
Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
-
Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dili bilikləri (danışmaq, yazmaq, oxumaq);
-
Analitik təhlil, kritik düşünmə bacarıqları;
-
Operativlik, məsuliyyət, qəqiqlik, təşəbbüskarlıq bacarıqları;
-
Komanda ilə və stress vəziyyətlərdə işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
-
Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
-
Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
-
Tibbi sığorta proqramına qoşulma;
-
Müasir idarəetmə sistemi və mehriban kollektiv.