Karyerasını “Parlaq bankçılıq”da başlamaq istəyən namizədlərimiz üçün hazırda “Baş ofisimizdə Resepşn” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Resepşn” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Korporativ İdarəetmə departamenti Ümumi şöbə
Vəzifə: Resepşn
Bilavasitə tabeçiliyi: Şöbə meneceri və/və ya departament direktoru
Vəzifə öhdəlikləri:
- Banka müştərilərin cəlb edilməsi üzrə iş, potensial müştərilərə Bankın xidmətlərinə dair ətraflı informasiyanın verilməsi;
- Banka daxil olan məktubların uçotu üzrə işlərin aparılması;
- Daxil olan məktubların və digər sənədlərin qeydiyyat və icrası üçün ümumi şöbənin məsul əməkdaşlarına vaxtında çatdırılmasının təmin olunması;
- Bankdan çıxan məktubların göndərilməsi və ucotu;
- Kuryer xidməti ilə iş;
- Banka gələn müştəriləri/ziyarətçilərin qarşılanması və onların görüş təyin olunan yerə qədər müşayiət edilməsi.
Tələblər:
- Ali təhsil;
- MS Office proqramlarından istifadə etmək bacarığı;
- Yuksək səviyyədə Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
- Stress altında işləmək bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Yüksək məsuliyyət hissi;
- Vaxtın səmərəli planlaşdırılması;
- Komandada işləmək bacarığı
- Kreativlik və təşəbbüskarlıq;
- Çeviklik və operativlik.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.