Banner

Vakansiyalar

"Yelo Bank" işçi axtarır - VAKANSİYA

"Yelo Bank" işçi axtarır - VAKANSİYA | FED.az
21:56 14 İyul 2021

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinqi departamentində Kreditlərin monitorinqi şöbəsinin meneceri” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Kreditlərin monitorinqi_Menecer” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Kreditlərin anderraytinqi və monitorinqi departamenti, Kreditlərin monitorinqi şöbəsi

Vəzifə: Menecer

Bilavasitə tabeçiliyi: Departament direktoru

Vəzifə öhdəlikləri:

- Kreditlərin monitorinqi işinin təşkili və idarə edilməsi;
- Risk identifikasiya metodlarının yaradılması və tətbiqi;
- Şöbə qarşısında qoyulan monitorinq planlarının yerinə yetirilməsinin təmin edilməsi;
- Monitorinq nəticələrinin qarşı tərəflə müzakirəsi;
- Keçirilmiş monitorinqlərinin yekun hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər:

- Kredit mütəxəssisi vəzifəsində minimum 3 il iş stajı;
- Monitorinq sahəsində minimum 3 il iş stajı;
- Monitorinq şöbəsinin idarə edilməsində minimym 1 il iş stajı;
- Yüksək səviyyədə excel bilikləri;
- Key Risk İndikator metodlarının bilməsi, yaradılması və inkişaf etdirilməsi bacarıqları;
- Yüksək ünsiyyət bacarığı;
- Komanda ruhunun yaradılması bacarığı;
- Məsuliyyətlilik və təşəbbüskarlıq.

Biz Sizə nə təklif edirik:

- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Banner

Digər xəbərlər