Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Plastik kartlarla əməliyyatlar şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Bankomatların monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
- Ödəniş terminallarının monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
- POS terminalların müştəriyə təhvil verilməsi və ya müştəridən təhvil alınması;
- Bankomatlarda reklam çarxlarının dəyişdirilməsi;
- Router,modem quraşdırılması və konfiqurasiyası.
Tələblər:
- Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini orta səviyyədə bilməli;
- Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi bankın normativ sənədlərinin tələblərinə yaxından bələd olmalı;
- Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı;
- İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meylli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
- MS office proqramlarını orta səviyyədə bilməli.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.