İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Gəncə və Lənkəran filialları üzrə kassa və depozitar əməliyyatlar üzrə kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Barda_Kassir”, “Ganja_Kassir” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Bərdə / Gəncə filialı
Vəzifə: Kassa və depozitar əməliyyatlar üzrə kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial müdiri
Vəzifə öhdəlikləri:
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaricini həyata keçirir;
- Valyuta mübadilə əməliyyatlarını həyata keçirir;
K-assaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyəti olmasını müəyyən edir;
- Kassa sənədlərini və hesabatların tərtib edir.
Tələblər:
- Ali təhsil;
- Kassa sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan dilində sərbəst danışıq bacarığı, Rus dili biliyi arzu olunandır;
- Ünsiyyətcil, təşəbbüskar olmaq;
- Komandada işləmək bacarığı;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Müştəri yönümlülük;
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.