İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnsan Resurslarının İdarəedilməsi Departamentində İşə qəbul mütəxəssisi / aparıcı mütəxəssisi” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Recruiter” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnsan Resurslarının İdarəedilməsi departamenti, İşə qəbul və kadr planlaması şöbəsi
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə Müdiri
Vəzifə öhdəlikləri:
- Bankın müxtəlif strukturları ilə partnyorluq edərək biznesin strateji hədəflərinə uyğun işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
- Namizəd axtarışlarının hədəfli strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Yerli əmək bazarının şərtlərinin, rəqiblərin işçi qüvvəsinin araşdırılması;
- İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
- Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
- Qısa namizəd siyahısının tərtibi və onlara dair ətraflı məlumatların verilməsi;
- Namizədlərin banka, daxili korporativ mədəniyyətə uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
- İlkin seçimlərdən keçmiş namizədlərin testlərdən və panel müsahibələrdən keçirilməsi;
- Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərmək;
- Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
- Namizədin işə qəbulunun rəsmiləşdirilməsi, iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi;
- Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanın aparılması;
- İşə qəbul prosesi üzrə əlaqələrin qurulması və bu əlaqələrin daim genişləndirilməsi;
- Çıxış müsahibələrinin aparılması;
- Öz iş sahəsi üzrə daim inkişaf etmək;
- İşəqəbul bacarıqlarının artırılması və inkişaf etdirilməsi.
Tələblər:
- İşə qəbul üzrə təsdiq olunmuş iş təcrübəsi;
- İşə qəbul proseslərinin dərindən başa düşülməsi;
- Namizədlərin izlənilmə sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazalarını işə salma bacarığı;
- Namizəd seçimi üzrə mükəmməl biliklər;
- Namizəd əldə etmə vasitələri və metodları üzrə iş təcrübəsi;
- Əmək bazarının araşdırılması və əmək bazarında olan vəziyyəti anlamaq bacarığı;
- Yüksək kommunikasiya bacarıqları, effektiv danışıqlar, işgüzar əlaqələrin qurulması bacarığı;
- Dürüstlük və şəffaflığın və məxfiliyin qorunması bacarıqları;
- İnsan resursları və ya əlaqədar sahələrdə bakalavr dərəcəsi.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.