Yapı Kredi Bank
UX/Uİ üzrə aparıcı mütəxəssis
Son tarix 19 fev 2026 [email protected]
Görüləcək işlərin təsviri
- İstifadəçi araşdırma apara bilmək, bazarın tendensiya və tələblərini anlamaq;
- İstifadəçi ehtiyaclarına uyğun olaraq flowların, interfeyslərin və prototiplərini hazırlamaq;
- Proseslərin və flowların müxtəlif rəqəmsal platformalara uygunlaşdırımasını təmin etmək;
- Bankın korporativ kimliyinə və marka qaydalarına uyğun dizaynlar yaratmaq;
- Dizayn həllərini müxtəlif istifadəçi qrupları ilə test etmək və onlardan geribildiriş toplamaq. Bu geribildirişlərə əsaslanaraq dizaynları optimallaşdırmaq və istifadəçi təcrübəsini yaxşılaşdırmaq;
- YKB AZ Dizayn sistemindən istifadə etmək, yeni komponentlər və qaydalar yaratmaq bacarığı;
- İstifadəçi təcrübəsini artırmaq üçün komandaya dizayn layihələrdə dəstək;
- İstifadəçilərin bankın rəqəmsal məhsulları arasında asan və effektiv şəkildə hərəkət etmələrini təmin etmək üçün istifadəçi flowlarını təhlil etmək, optimallaşdırmaq və yaratmaq;
- İstifadəçilər üçün hazırlanan rəqəmsal məhsulların proses sonunda test və canlı mühitlərdə test edilməsində iştirak etmək bacarığı;
- Layihə və məhsulların hazırlanmasında müştəri təcrübəsi, istifadəçiyə yönümlü interfeyslər və prototiplərlə yüksək səviyyədə işləmək bacarığı;
- Rəqəmsal həllərin yaradılmasına "Design Thinking" yanaşmasının tətbiq edilməsi;
- Məhsulların dizayn tərtibatının yaradılması zamanı komanda üzvlərinə tövsiyyələr və rəylər vermək bacarığı;
- Dizayn strategiyalarını işləmək və bankın ümumi məqsədlərinə uyğun dizayn hədəflərini müəyyən etmək;
- Bankın rəqəmsal məhsulları üçün bütün dizayn standartlarını təyin etmək. Buistifadəçi interfeysi (UI), istifadəçi təcrübəsi (UX) və əlçatanlıq standartlarını əhatə edir;
- Yeni texnologiyaları və dizayn metodologiyalarını öyrənmək və bankın rəqəmsal məhsullarına inteqrasiya etmək;
Görüləcək işlər üzrə tələblər
- İş təcrübəsi (il və/və ya sahə olaraq): Proqram təminatı, istifadəçi təcrübəsi və interfeysinin yaradılması sahəsində 2 ildən artıq təcrübə.
- Texniki səriştələr: İstifadəçi yönümlü rəqəmsal həllərin, məhsulla bağlı güclü instinktlərin və prosesslərin tez zamanda müəyyənlişdirilməsi, Prototiplərin hazırlanması, A/B testlər, istifadəçi testlərinin keçirilməsi və istifadəçilərin araşdırılması sahəsində biliklər, Məhsulun hazırlanmasında konsept mərhələsindən başlayaraq tam müştəriyə təhvil verilməsində bütün prosesslərdə təcrübə;
- Dil bilikləri: Minimal olaraq İngilis dilində Intermediate səviyyəsində biliklər; Türk dilində danışmaq və anlamaq bacarıqlarının olması;
- Kompüter bilikləri: Figma, FigJam, Miro, Draw.io digital dizaynların hazırlmasında işi rahatlaşdıran alətlərin sərbəst istifadəsi;
- Komponentlərin yaradılması, istifadəçi interfeysin yaradılmasında istifadə olunan dizayn kitabxana ilə iş təcrübəsi.
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.










