Yapi Kredi Bank
Korporativ, Kommersiya və KOS Kredit Dəstək bölümü /mütəxəssis/ aparıcı mütəxəssis
Son tarix 19 fev 2024 - [email protected]
Vəzifəyə olan tələblər:
- Maliyyə və əlaqəli sahələrdə ali təhsil;
- Güclü analitik, problem həll etmə və ünsiyyət qurma bacarığı;
- Kredit təhlili sahəsində ən azı 2 il iş təcrübəsi;
- PL, BS, CF hesabatlarını və borc portfelinin təhlili bacarığı
- Ms Office proqram bilikləri;
- Xarici dil (Ingilis dili, Türk dili) biliyi arzu olunandır;
- ACCA kimi sertifikatın mövcudluğu arzu olunandır;
Funksional Öhdəliklər:
- Bankın filialları tərəfindən təqdim olunan kredit təkliflərini qiymətləndirmək və kredit təkliflərinin qanunverciliyə və bankın kredit siyasətinə uyğunluğunu yoxlamaq ;
- Bankın bankdaxili qaydalarına uyğun olaraq borcalanın geri-ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətini təhlil etmək, borcalan haqqında və fəaliyyət göstərdiyi sektor haqqında tədqiqat aparmaq, kredit risklərini müəyyənləşdirmək ;
- Qiymətləndirmənin nəticələrini rəhbərinə təqdim edərək kredit rəyin yaradılmasında iştirak etmək;
- Kredit təkliflərinə verilən kredit rəylərini filial rəhbərlərinə zamanında çatdırlmasını təmin etmək;
- Ehtiyac yaranarsa, rəhbəri ilə birlikdə filial bölmələrin də iştirakı ilə müştəri ziyarətlərinə qatılmaq;
- Kredit Anderraytinq şöbəsi ilə kredit təkliflərini izləmək və kredit komitələrində iştirak etmək;
CV-nizi email-in mövzu hissəsində “Korporativ, Kommersiya və KOS Kredit Dəstək bölümü /mütəxəssis/ aparıcı mütəxəssis” qeyd etməklə göndərməyiniz xahiş olunur.