Yapı Kredi Bank
Rəqəmsal Marketinq üzrə Mütəxəssis
Son tarix 19 sen 2026 - [email protected]
Tələblər:
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Rəqəmsal marketinq, Kommunikasiya və ya əlaqəli sahələr üzrə);
- Bank sektorunda və Rəqəmsal marketinq sahəsində minimum 1 il iş təcrübəsi;
- Meta Ads, Google Ads, GA4, Google Tag Manager, SEO, CRM sistemləri və sosial media platformaları üzrə praktiki biliklər;
- MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint-da sərbəst işləmək və analitik hesabatlar hazırlamaq bacarığı;
- Analitik düşünmə, layihələrin idarə edilməsi və büdcənin planlaşdırılması bacarığı;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
Əsas iş funksiyaları:
- Meta Ads, Google Ads, TikTok Ads, YouTube Ads və digər rəqəmsal platformalarda reklam kampaniyalarını planlaşdırmaq, idarə etmək, optimallaşdırmaq və nəticələrini təhlil etmək;
- Şirkətin rəqəmsal marketinq strategiyasının hazırlanmasında iştirak etmək, sosial media, performans marketinqi, SEO və CRM fəaliyyətlərini brend strategiyası ilə uyğunlaşdırmaq;
- Veb-sayt, açılış səhifələri (landing page) və SEO fəaliyyətlərini koordinasiya etmək, məzmunun aktuallığını, istifadəçi təcrübəsini və axtarış sistemlərinə uyğunluğunu təmin etmək;
- CRM proqramları ilə inteqrasiya olunmuş rəqəmsal kampaniyaların hazırlanmasına, remarketinq auditoriyalarının yaradılmasına və müştəri kommunikasiya proseslərinə dəstək vermək;
- GA4, Google Tag Manager, Pixel, UTM və digər analitika alətlərindən istifadə etməklə kampaniyaların effektivliyini ölçmək, KPI-ları izləmək və optimallaşdırma təklifləri hazırlamaq;
- Rəqəmsal marketinq büdcəsini planlaşdırmaq, xərclərə nəzarət etmək, həftəlik və aylıq performans hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.














