Yapi Kredi Bank
Rəqəmsal Bankçılıq üzrə aparıcı / baş mütəxəssis
Son tarix 28 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- Bazar araşdırması nəticəsində əldə olunan məlumatlar əsasında rəqəmsal məhsul və xidmətlərin yaxşılaşdırılması istiqamətində zəruri işləri görmək;
- Məhsulun performansında və müştəri məmnuniyyətində təkmilləşdirmə sahələri tapmaq üçün məlumatları təhlil etmək
- Aylıq hesabatların və təqdimatların hazırlanması, nəticələr əsasında yeni ideyaların təklifi
- İnternet və mobil bankçılıq platformalarında yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
- Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin keçirilməsi;
- Rəqəmsal məhsulların təkmilləşdirilməsi, onların effektivliyinin artırılması və həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, digər şöbələrlə ilə bu istiqamətdə birgə fəaliyyəti qurmaq
Namizədə tələblər:
- Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır)
- Bazar araşdırması üzrə təcrübəli (bank sahəsində təcrübə üstünlükdür);
- Ən azı 1 il rəqəmsal bank xidmətlərin inkişafı sahəsində təcrübə və ya bank məhsullarının inkişafı layihələrində praktiki iştiraki;
- Güclü analitik düşünmə qabiliyyəti;
- Problemləri həll etmək bacarığı;
- Komandada işləmək və idarəçilik bacarığı
- Yüksək səviyyədə ofis proqramlarında işləmə, xüsusən MS Excel, Power BI bacarıqları;
- Azərbaycan, Türk, Rus və İngilis dili üzrə biliklər.
CV-zi email ünvanına göndərməyinizi xahiş edirik.
Kart və POS ödəniş sistemləri üzrə aparıcı mütəxəssis/baş mütəxəssis
Son tarix 28 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Ödəniş sistemlərinə məxsus Visaonline.com, Mastercardconnect.com saytları ilə işləmək bacarığı;
- Ödəniş sistemlərindən daxil olan mandatory və bülletinləri izləmək, rəhbərliyə məlumat vermək və zəruri addımların atılmasını koordinasiya etmək
- VİSA və MasterCard üzrə invoysların təhlili
- Kart məhsullarının, Ekvairinq, POS terminalların gəlir və xərc tərəflərinin müəyyənləşdirilməsi, hesablanması, nəzarəti;
- Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək;
- Müştərilərin tələblərinə cavab verən yeni kart məhsullarının, xidmətlərinin araşdırılması və tədbiq edilməsinə dair lazımi işlərin aparılması;
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması
- Yeni kart məhsullarının yaradılması və inkişaf layihələrində aktiv olaraq iştrak etmək
- VİSA və MasterCard üzrə aylıq, rüblük hesabatların hazırlanması
Namizədə tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 3 il təcrübə;
- Kart məhsullarının inkişafı sahəsində minimum 2 il təcrübə;
- Dil bilikləri: yaxşı səviyyədə Rus və İngilis dili biliyi
- Ödəniş sistemləri (Visa, Mastercard,) ilə iş təcrübəsi;
- Biznes yönümlü;
- Analitik düşüncə;
- Problemləri həll etmək bacarığı;
- Yeni kart məhsullunun end to end yaradılması bacarığı;
- Komandada işləmək və idarəçilik bacarığı.
CV-lərinizi e-mail ünvanına göndərmənizi xahiş edirik.