Yalama Agropark MMC
Aparıcı mühasib
Son tarix 10 dek 2022 - [email protected]
İş yeri: Xaçmaz rayonu (Yalama kəndi)
Əmək funksiyaları:
- 1C 8.2 və 8.3 proqramında sərbəst işləmək
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət
- E-Qaimə fakturalarının və VHF yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatların aparılması
- ƏDV, mənfəət, DSMF, Statistika, məşğulluq hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi
- Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin ,mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi
Tələblər:
- Ali təhsil (Maliyyə və ya mühasibat ixtisası üzrə)
- Maliyyə-mühasibat sahəsində minimum 2 il iş təcrübəsi (kənd təsərrüfatı və ya istehsal istiqamətləri arzu olunandır)
- Mühasibatlıq və maliyyə sahəsində sertifikatlarının olması üstünlükdür
- Komanda ilə işləyə bilmə bacarığı
Əmək haqqı: Əmək haqqı aralığı: 1000-1500 azn
İş qrafiki:
- 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər cv-lərini elektron ünvanına mövzu yerində “Aparıcı mühasib” qeyd etməklə göndərə bilərlər.