Yalama Agropark MMC
Hüquqşünas
Son tarix 19 apr 2024 - [email protected]
Vəzifə təlimatları:
- Müqavilələrin, sazişlərin və hüquqi xarakterli digər sənədlərin tərtib edilməsi və hüquqi təhlilinin aparılması;
- Hüququn müxtəlif sahələrinə dair araşdırmalar və hüquqi təhlillər aparılması və müəssisənin fəaliyyəti ilə əlaqədar hüquqi məsləhətlər və rəylərin verilməsi;
- İşəgötürənin fəaliyyəti ilə bağlı tələb edilən lisenziya, razılıq, icazə və bu xarakterli digər sənədlərin alınmasına nəzarət edilməsi və lazım olduqda, hüquqi dəstək göstərilməsi;
- İşəgötürənin dövlət qeydiyyatına alınmalı olan məlumatlarında baş vermiş dəyişikliklərin müvafiq dövlət qurumunda vaxtında qeydiyyata alınmasını təmin etmək;
- İşəgötürənin əməkdaşlıq etdiyi tərəflərlə danışıqların aparılması, İşəgötürənin dövlət orqanları, mediasiya və məhkəmələr, fiziki və hüquqi şəxslər, notariat qurumları qarşısında təmsil edilməsi;
- İşəgötürənin fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının səlahiyyətli orqanlarının qəbul etdiyi yeni normativ-hüquqi aktlar barədə müvafiq struktur bölmələrin vaxtaşırı məlumatlandırılması;
- İşəgötürən və onun struktur bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin və müəssisə daxili qayda və prosedurların işlənib hazırlanmasında iştirak edilməsi və hüquqi dəstək göstərilməsi;
- İşəgötürənin idarəetmə orqanına və hüquq funksiyasının rəhbərinə hüquqi məsələlərin statusu ilə bağlı vaxtaşırı hesabatların təqdim edilməsi;
- İşəgötürən və hüquq funksiyasının rəhbəri tərəfindən hüquq funksiyasının icrası ilə əlaqədar verilən hansı digər tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- İşəgötürənin və hüquq funksiyasının rəhbərinin tələbi ilə vaxtaşırı olaraq işəgötürənin regionlardakı müəssisələrinə ezamiyyələrin edilməsi.
Tələb olunan təhsil və təcrübə:
- Ali hüquqi təhsil (magistratura təhsili arzuolunandır);
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Korporativ və kommersiya hüququ, torpaq qanunvericiliyi sahəsində bilik və təcrübə.
Tələb olunan Bilik, Bacarıq və Davranış səriştəlilikləri:
- Azərbaycan və İngilis dillərində yüksək səviyyədə danışıq və yazı qabiliyyəti;
- MS Office proqramlarında işləmək bacarığı;
- İşi düzgün təşkil etmə və təqdim etmə bacarığı və metodik yanaşma;
- Öz təşəbbüslərindən istifadə etmək bacarığı.
Maraqlanan şəxslər CV-lərini elektron ünvanına mövzu yerində “Hüquqşünas” qeyd etməklə göndərə bilərlər.