Xırman
Keyfiyyətə nəzarət üzrə menecer
Son tarix 08 may 2024 - [email protected]
İş barədə məlumat:
- İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
- Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
- Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların , problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər,
- Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
- Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğuna nəzarət etmək.
- İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
- Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;
- Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;
- İş qrafiki: 6 günlük
- Əmək haqqı: 1000 AZN
- Nahar şirkət tərəfindən verilir.
Namizədə tələblər:
- Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
- Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
- Qida sahəsində iş təcrübəsi mütləqdir
- Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
- Bu sahədə ən azı 3 illik iş təcrübəsi
- Yaş 25-45 arası
Əlaqə nömrəsi (055) 205-05-36