Xəzər-1 Firması
Xərclər üzrə nəzarətçi mühasib
Son tarix 10 mar 2024 - [email protected]
Əsas öhdəliklər:
- Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
- Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
- Qiymət məlumat bazasının hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
- Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
- Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq.
- Anbarda fond səviyyəsinə nəzarət etmək və zəif hərəkət edən malların təhlilini aparmaq.
- Verilən malların hesabatını gündəlik olaraq yoxlamaq və bütün sifarişlərin düzgün yerləşdirilməsini təyin etmək.
- Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
- Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
- Gündəlik və aylıq istehsalat, anbar qalığını əks etdirən hesabatların hazırlanması;
- Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə hesabat vermək.
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.
Bilik və bacarıqlar:
- Xərclər üzrə nəzarətçi kimi minimum 3 il iş təcrübəsi
- iScala, İiko,Elektra proqrammında ilə işləmə bacarığı
- Hər zaman səmimi, nəzakətli və peşəkar xidmətlər göstərmək
- İş yoldaşları və bütün digər şöbələr ilə normal iş münasibətlərini qoruyub saxlamaq
- Tələb olunduqda, yerli qanunvericiliyə riayət etmək
- Restoran ehtiyaclarına əsasən, tələb olunduqda, şöbədə baş verən hər hansı dəyişikliklərə uyğun reaksiya vermək
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər, "Xərclər üzrə nəzarətçi" adını mövzu hissəsində qeyd etməklə, CV formalarını elektron poçt ünvanımıza yönləndirə bilərlər.
Daxili nəzarət şöbəsinin rəisi
Son tarix 10 mar 2024 - [email protected]
İşin təsviri:
- Müəssisənin mülkiyyətində və istifadəsində olan ərazinin, daşınar və daşınmaz əmlakın, habelə əməkdaşlarının nəzarətini təşkil etməlidir
- Müəssisəyə buraxılış sisteminin təşkilinə və ona riayət olunmasına nəzarət etməlidir.
- Əməyin mühafizəsi üzrə müvafiq normativ aktlarda nəzərdə tutulmuş əməyin təhlükəsizliyi, gigiyenası və yanğına qarşı mühafizə tələblərini təmin etməlidir.
- Təhlükəsizlik qaydaları haqqında mütəmadi olaraq bütün işçilərə təlim keçirməlidir.
- Tabeliyində olan əməkdaşlar arasında müvafiq vəzifə təlimatlarına uyğun olaraq iş bölgüsünü aparmalıdır.
- Müəssisənin işçiləri tərəfindən iş yerində mümkün ziyan vura biləcək əməllərin qarşısının alınması üzrə müvafiq tədbirlər təşkil etməlidir.
- İstehsal olunan və ya satılan məhsulların qorunması, habelə kommersiya sirrinin qorunması naminə vaxtaşırı tədbirlər keçirməlidir.
- Şirkətdə baş verən hər hansı bir insidentin baş verdiyi təqdirdə şirkətdaxili qaydalara əsasən daxili araşdırma aparmalıdır.
- Şirkətdə konfidensial məlumatların yayılmasının qarşısının alınması üçün tədbirlər görməlidir.
- Müşahidə kameraları vasitəsi ilə, işçilərin, ərazinin və obyektlərin gün ərzində izlənilməsini təşkil etməlidir.
- İşçilər tərəfindən əməyin mühafizəsi, təhlükəsizlik texnikasının norma və qaydalarına, istehsalat və əmək intizamına, daxili əmək rejiminə riayət edilməsinə nəzarət etməlidir.
- İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək, istehsalat intizamını pozanların cəzalandırılması haqqında təkliflər verməlidir.
- Daima işin təkmilləşdirilməsinə çalışmalı və bununla əlaqədar rəhbərliyə təkliflər irəli sürməlidir.
Namizədə tələblər:
- 30-50 yaş həddi
- Təhlükəsizlik sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi
- Azərbaycan və rus dilləri, ingilis dilinə üstünlük verilir
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq
- Güclü ünsiyyət və danışıq qabiliyyəti
- Komandada işləmək bacarığı
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı
- Əmək haqqı razılaşma əsasında
Uyğun namizədlər mövzu yerinə" Təhlükəsizlik rəisi" yazmaqla öz CV-lərini e-mail ünvanın göndərə bilərlər.