Xaqani Ticarət Mərkəzi
Böyük mühasib
Son tarix 27 may 2023 - [email protected]
Vəzifələr:
- Mühasibat və vergi uçotunun aparılması;
- Mühasibat sənədlərinin düzgün tərtib edilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;
- Əmək haqqı, məzuniyyət haqqlarinın hesablanması;
- Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;
- Aylıq maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Maliyyə vəziyyəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Pul vəsaitlərinin hərəkəti haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Vergi, DSMF, Statistika idarəsinə bütün hesabatların müvafiq proqramlarda hazırlanması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara onlayn təqdim edilməsi;
- E-Qaimə Faktura və Hesab - Fakturaların tərtib olunması və göndərilməsi;
- Bank, Kassa, Satış, Əmək haqqı, avans, mal-material və s. sənədlərinin proqram təminatına daxil edilməsi;
- Aylıq inventarizasiyaların nəticələrini təhlil etmək və mal material uçotuna lazımı dəyişiklikləri işləmək;
Tələblər:
- 25-50 yaş aralığında olan kişi namizədlər;
- Ali təhsil (maliyyə, iqtisadiyyat və ya iqtisadiyyatla bağlı digər sahələr);
- Ciddi, kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalı;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı
- Mühasibat hesablaşmaları
- Vergi və Əmək məcəllələrini yüksək səviyyədə bilməli
- 1.C8.2 Proqramlarında yüksək səviyyədə işləmə bacarığı
- İş təcrübəsi: müvafiq vəzifədə 3 ildən yuxarı
- Dil bilikləri: Azərbaycan dili (yazmaq, oxumaq və danışmaq mükəmməl səviyyədə)
- Məsuliyyətli, stressədavamlı
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Həftədə 5 iş günü, saat 10.00 –dan 19.00-dək, şənbə və bazar günləri istirahət günləridir.
- Müəssisə Kiçik sahibkarlıq subyekti meyarlarına daxildir. (İllik dövriyyəsi böyük deyildir)
- Qeyd: iş yeri Bakı şəhərində, mərkəzdə yerləşir.
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Böyük Mühasib” qeyd edərək öz CV-lərini mükəmməl şəkildə email ünvanına göndərməyiniz xahiş olunur.