Tələb olunan bilik və bacarıqlar :
- Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.) üzrə biliklər;
- Windows Server (DC (GPO), DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
- Dil bilikləri- azərbaycan dili-əla, ingilis dili -yaxşı, rus dili -arzuolunandır;
Namizədə dair gözləntilər:
- Konfidensiallığın qorunması;
- Κomandada işləmək bacarığı;
- Məsuliyyətli;
- Şəxsi inkişafa meyilli.
Xüsusi tələblər:
- Ali texniki təhsil (Riyaziyyat, Kompüter Elmləri, Komputer mühəndisliyi üzrə bakalavr dərəcəsi);
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
Vəzifə öhdəlikləri:
- IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
- Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
- Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
- Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
- Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
- Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və auditini aparmaq;
- Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
- İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
- Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
- Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
- Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
- Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
- İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Sistem inzibatçısı/ System Administrator) qeyd edərək [email protected] email adresinə göndərilməsi xahiş olunur.