Xalq Sığorta
Tibbi anderrayter
Son tarix 29 apr 2024 - [email protected]
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– əla səviyyədə.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil (tibb sahəsində);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, analiz etmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Problem həlletmə, nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
- Cari risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
- Sığorta şərtlərinin və tarifin müəyyən edilməsi və təkliflərin hazırlanması;
- Daxil olan sorğuların cavablandırılması;
- Hesabatların tərtibi, birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirməsi;
- Tibbi sığorta üzrə portfelin analizi, təhlillərin aparılması və zərərliliyə nəzarət;
- Yeni məhsulların hazırlanması;
- Tibbi sığorta üzrə qaydalarının tərtib edilməsində iştirak.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Tibbi anderrayter) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.