Xalq Bank
Risklərin İdarə Edilməsi İdarəsinin Risk nəzarəti və hesabatlıq şöbəsinin stajçı/kiçik/mütəxəssis
Son tarix 21 iyl 2025 - Müraciət et
Təsvir
- Risklərin idarə edilməsi və nəzarət proseslərinə koordinasiya və kommunikasiyanın təşkilinə dəstək vermək;
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və minimallaşdırılmasının həyata keçirilməsində iştirak etmək;
- Risklərin idarə edilməsi, insidentlərin idarə edilməsi prosesində müvafiq struktur bölmələrdən məlumat və sənədlərin toplanması, analitik təhlil və səbəblərinin araşdırılmasında iştirak etmək;
- Təlim proqramlarında iştirak edərək risklərin idarə edilməsinə dair bilik və bacarıqların artırılması;
- Risklərin idarə edilməsi məqsədilə Bankın struktur bölmələrindən alınmış məlumatları təhlil etmək və nəticələrlə bağlı şöbə rəisini məlumatlandırmaq;
- Yaradılan yeni məhsul, biznes proses, layihələrin risk əsaslı təhlilində, qiymətləndirilməsində iştirak etmək;
- Bankda tərtib edilən yeni normativ sənədlərə, həmçinin mövcud normativ sənədlərə edilən dəyişikliklərə riskin müəyyən olunması və qarşısının alınmasına dair rəy verilməsi prosesində iştirak etmək.
Tələblər
- İqtisadiyyat və maliyyə sahəsi üzrə magistr təhsili;
- Xarici dil bilikləri (ingilis dili -zəruri);
- MS Ofis proqramları ilə işləmə bacarığı;
- Digər proqram təminatları ilə işləmə arzuolunandır.
- Bank və ya əlaqəli maliyyə sektorunda bank təcrübəsi olması arzuolunandır;
- Müvafiq sahəyə dair ölkədaxili bank qanunvericilik və digər aktlar üzrə biliklər (beynəlxalq nəzəri və praktiki biliklər arzuolunandır);
- İşdə dəqiqlik və detallara fikirvermə bacarığı;
- Bilik və bacarıqların artırılmasına maraqlı olmaq;
- Analitik düşünmə, mühakimə, koordinasiya və hesabatlarla işləmə bacarıqları;
- Ünsiyyət və əməkdaşlıq bacarığı;
- ESG üzrə biliklər arzuolunandır;
- CERM, ISO 31000 və ya risklərin idarə edilməsinə dair digər beynəlxalq sertifikatların olması arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1 ilədək
- Təhsil - Magistr
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Daxili Nəzarət İdarəsinin Monitorinq şöbəsi
Son tarix 21 iyl 2025 Müraciət e
Təsvir
- Sahibkarlıq subyektinin kredit sifarişində qeyd edilmiş fəaliyyət növü ilə məşğul olub-olmamasının yoxlanılması;
- Borcalanların vaxtı keçmiş borcu yarandıqda, vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;
- Təsdiq olunmuş limitlərə filiallar tərəfindən riayət olunmasına nəzarət etmək, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması məqsədilə səyyar və distant (məsafədən) yoxlamalar aparmaq;
- Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
- Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və vəziyyətinin yoxlanılması.
Tələblər
- Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması;
- Bankda Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 2 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə;
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.