Xalq Bank
Bank Fəaliyyətinə Dəstək İdarəsinin Layihələrin idarə edilməsi şöbəsinin mütəxəssisi
Son tarix 28 mar 2025 Müraciət et
Təsvir
- Layihənin planlaşdırılmasında dəstəyin göstərilməsi (tapşırıqların düzgün formalaşdırılması, insan və vaxt resurslarının səmərəli təşkili, digər zəruri olan bəndlərin mövcudluğuna nəzarət);
- Layihə komandası ilə işin təşkili və komandanın koordinasiyası;
- Layihənin gedişatında yaranan çətinliklərin araşdırılması və onların həlli üçün dəstəyin göstərilməsi;
- Bütün layihə sənədlərinin (layihənin nizamnaməsi, tədbirlər planı, layihə görüşlərinin protokolları, layihəyə dəyişiklik haqqında cədvəl, layihə haqqında yekun hesabat) müvafiq tələblərə uyğun olmasının təmin edilməsi;
- Layihə proseslərinin və nəticələrinin izlənməsi və digər tapşırıqların yerinə yetirilməsi;Maraqlı tərəflər üçün layihənin statusu haqqında hesabatların hazırlanması;
- İşəgötürən tərəfindən gündəlik olaraq verilən digər müvafiq tapşırıqların yerinə yetirilməsi.
Tələblər
- Ali magistr təhsili;
- Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Bank qanunvericiliyi barədə biliklərə sahib olmaq arzuolunandır;
- Texniki tapşırıq və sınaq testlərinin (test case) hazırlama bacarıqları;
- Peşəkar səviyyədə MS Office proqramlarında işləmə bacarığı (Word, Excel, PowerPoint və Outlook);
- Layihə idarə edilməsində istifadə olunan hər hansı proqram təminatında iş təcrübəsi;
- Layihə idarəedilməsi sahəsində sertifikatların olması arzuolunandır;
- Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, təqdimat bacarığı;
- Rus və ingilis dillərini bilmək arzuolunandır.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Bank Fəaliyyətinə Dəstək İdarəsinin Biznes proseslərin idarə edilməsi şöbəsinin mütəxəssisi
Son tarix 27 mar 2025 Müraciət et
Təsvir
- Bankda olan biznes proseslərin müəyyən edilməsi və strukturlaşdırılması;
- Biznes-proseslərin reyestrinin hazırlanması və yenilənməsi;
- Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
- Biznes prosesərin optimallaşdırılması imkanlarının müəyyən edilməsi;
- Biznes proseslərin xəritələrinin (blok sxemlərin) hazırlanması;
- Mövcud biznes proseslərin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi;
- Biznes proseslər üzrə xronometrajın hazırlanması və hər proses üzrə vaxt və işçi sərfiyyatının müəyyən edilməsi.
Tələblər
- Ali magistr təhsili (iqtisadi, riyazi və ya texniki);
- Bank işi sahəsi üzrə biliklər;
- Problem həlletmə bacarığı;
- Fərdi və komanda ilə işləmək qabiliyyəti;
- Bank işi sahəsində minimum 1 illik təcrübə;
- Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- MS Word və MS Excel proqramlarından istifadə etmə bacarığı mütləqdir;
- MS Visio, DraW IO, EdrawMax proqramları, BPMN 2.0 və digər modellələşdirmə dillərini istifadə etmə bacarığı arzuolunandır;
- Dil bilikləri: İngilis və rus dili orta səviyyədə.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Hüquq İdarəsinin Bank fəaliyyətinin hüquqi təminatı şöbəsinin aparıcı mütəxəssisi
Son tarix 27 mar 2025 Müraciət et
Təsvir
- Kredit, depozit, bank hesabı müqavilələrinin, onlara zəruri əlavə və dəyişikliklərin, habelə fiziki və hüquqi şəxslərin kreditləşməsi məsələləri üzrə hüquqi rəylərin hazırlanması, təminedici əqdlər (o cümlədən ipoteka, girov, həmçinin qiymətli kağızların girovu, zaminlik, bank qarantiyaları) üzrə hüquqi rəylərin və müqavilə layihələrinin hazırlanması, bank tərəfindən müştəri ilə və ya müştərinin tapşırığı üzrə əqdlərin bağlanması üçün müştəri tərəfindən təqdim edilən sənədlərin hüquqi ekspertizasının aparılması;
- Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizasının aparılması, həmin müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Maliyyə bazarlarında, o cümlədən qiymətli kağızlar bazarında bankın fəaliyyətinin hüquq təminatı;
- Bankın həyata keçirdiyi layihələrdə mürəkkəb əqdlərin strukturlaşdırılmasında iştirak edilməsi, mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanmasının təmin olunması;
- Yeni bank məhsullarının işlənib hazırlanmasında iştirak edilməsi;
- Dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi, bankın struktur bölmələrində yaranmış hüquqi məsələlər üzrə onlara hüquqi yardım göstərilməsi;
- Qanunvericilikdə, xüsusən bank fəaliyyətinə aidiyyəti olan qanunvericilik aktlarında baş verən dəyişikliklərin təqibi (izlənməsi), bunlarla bağlı Bankın rəhbərliyi və müvafiq struktur bölmələri üçün arayışların hazırlanması;
- Bankda hüquqi işin yerinə yetirilməsi (müşayiəti) səhəsində funksional-metodiki rəhbərliyin həyata keçirilməsi;
- Korporativ-hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanması.
Tələblər
- Ali hüquq təhsilinin olması;
- Maliyyə təşkilatlarının ixtisaslaşdığı fəaliyyət növlərinin hüquqi təminatı sahəsində azı 3 (üç) il iş təcrübəsinin olması (banklarda iş təcrübəsi olanlara üstünlük verilir);
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Azərbaycan Respublikasının mülki, bank, mülki-prosessual, əmək, inzibati hüququnun, vergi hüququnun əsaslarının bilməsi;
- Kargüzarlıq işinin əsaslarını bilməsi;
- Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübənin olması, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilməsi;
- Kompyuterdə işləmək bacarığının olması - təcrübəli istifadəçi səviyyəsində;
- Azərbaycan dilini mükəmməl bilməsi (rus və ingilis dillərini bilənlərə üstünlük verilir).
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 3-4 il
- Təhsil - Bakalavr
Bank Fəaliyyətinə Dəstək İdarəsinin Bank sistemlərinin fəaliyyətinə dəstək şöbəsinin mütəxəssisi / baş mütəxəssisi (Kredit sahəsi ilə bağlı)
Son tarix 27 mar 2025 Müraciət et
Təsvir
- Biznes, İT əməkdaşları və Vendorlarla komanda şəklində işləmək;
- Texniki tapşırıqlar hazırlamaq;
- Test nümunələri (keys) hazırlamaq;
- Proqram təminatında dəyişikliklər etmək və yeniliklər üzrə testləri həyata keçirmək;
- Bank proqramlarında yaranmış problemlərin araşdırılmasını və aradan qaldırılmasını təmin etmək;
- Avtomatlaşdırılmış proseslərin sonraki nəzarətini təşkil etmək;
- Bank proqramlarında kreditə dair mərkəzləşdirilmiş əməliyyatların analizi və icrası;
- Kreditə dair bank sistemləri üzrə əməkdaşlara dəstəyin təmin edilməsi.
Tələblər
- İqtisadiyyat, maliyyə sahəsində ali magistr təhsili;
- Bank təcrübəsi üzrə minimum 2 (iki) il iş təcrübəsi;
- Kredit sahəsi üzrə iş təcrübəsi;
- Ofis proqramlarından MS Office, MS Excel istifadə bacarığı, Power Point, EdrawMax (digər eyni məqsədli proqramlar) arzuolunandır;
- Analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmə bacarığı;
- Azərbaycan dili - mükəmməl, xarici dillərin (rus dili və ingilis dili) qənaətbəxş səviyyədə olması;
- Danışıqların aparılma qabiliyyəti.
Vakansiya haqqında
- Son tarix mart 6, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Magistr
Qeyd: Kredit sahəsi üzrə iş təcrübəsi əsasən kreditin analizi, kreditin verilməsi, kredit məhsullarının yaradılması, və ya avtomatlaşdırılması prosesində iştriak etmiş əməkdaşlar nəzərdə tutulur.
İnformasiya Texnologiyaları İdarəsinin Şəbəkənin idarə edilməsi şöbəsinin mütəxəssisi – (Cisco)
Son tarix 28 mar 2025 Müraciət et
Təsvir
- Şəbəkə avadınlıqlarının müntəzəm olaraq monitorinqi;
- Şəbəkədə yaranan problemlərin qisa müddətdə analizi və problemin aradan qaldırılması;
- Şəbəkədə edilən dəyişiliklərin və problemlərin qeydiyyatının aparılması;
- Şəbəkə dayanıqlığın təmin edilməsi və lazımı tədbirlərin görülməsi;
- Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması;
- Şəbəkə avadanlıqların müntəzəm olaraq konfiqurasiya backup-larının alınması;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
- 24/7 mövcudluğu;
- Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
- informasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflər hazırlaması.
Tələblər
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il;
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları üzrə ali təhsil;
- CCNA, CCNP Routing and Switching, sertifikatlarına sahib olması arzuolunandır;
- Cisco istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə;
- LAN, WAN və WLAN şəbəkələri və IT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması;
- Şəbəkə avadanlıqların (Cisco FirePower, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi;
- Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s);
- Static və Dynamic routing protokollari ilə işləmək bacarığı (EIGRP, OSPF, BGP) ;
- İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması;
- VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN);
- Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı;
- L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s);
- İngilis və rus dilləri üzrə biliklər: ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr