Xalq Bank
Sistemlərin idarə edilməsi şöbəsinin mütəxəssisi (Linux)
Son tarix 01 apr 2024 - Müraciət et
Təsvir:
- İT sistemlərinin daimi monitorinqi;
- Problemlərin qısa müddətdə aşkarlanması, analizi və həll olunması;
- Dəyişikliklər, profilaktik işlər və problemlərlə bağlı lazımi bütün işçi qruplarının məlumatlandırılması;
- Mövcud servislərin dayanaqlılığını təmin etmək;
- Bütün dəyişikliklərin sənədləşdirilməsi;
- Bütün tapşırıqların task sistemi üzərində qeydiyyatı və icrası;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsində iştirak edir;
- 24/7 mövcudluğu;
- Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
- İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
Tələblər:
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- Red Hat (RHCSA, RHCE), VMware Certified Professional (VCP) sertifikatlarına sahib olması arzuolunandır.
- Opensource istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə;
- Linux əməliyyat sistemlərinə (müxtəlif distrubitivlər – RedHat, CentOS, Debian) dair nəzəri və praktiki biliklər - inzibatçılıq səviyyəsində;
- Python ilə təcrübə;
- Proxy və web server-lərlə bağlı iş təcrübəsi – HAProxy, Nginx, Apache və s;
- Configuration Management tool-larla təcrübə – Ansible, Chef, Puppet;
- Docker container-lərlə əlaqəli bilik və iş təcrübəsi;
- Bash Script-lə praktiki biliklər;
- Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware;
- İngilis və rus dilləri üzrə biliklər;
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək;
- Sahə üzrə iş təcrübəsi ən azı 3 il təcrübə.
Kart əməliyyatları şöbəsinin mütəxəssisi (Əməliyyat üzrə)
Son tarix 01 apr 2024 Müraciət et
Təsvir:
- Bank Əməliyyat Sistemlərinə kartlarla bağlı əməliyyat məlumatlarının yüklənməsi;
- Kart əməliyyatları üzrə klirinqin aparılması;
- Balansdaxili hesablaşmaların aparılması;
- Balans hesab qalıqlarına nəzarət
Tələblər:
- Ali magistr təhsili (İqtisadi, Maliyyə təhsilin olması arzuolunandır);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları və balansdaxili hesablaşmalar sahəsində təcrübə arzuolunandır);
- İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq və analitik düşünmə bacarığı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
Kredit şöbəsinin mütəxəssisi (Qusar)
Son tarix 01 apr 2024 Müraciət et
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri
Kredit şöbəsinin mütəxəssisi (Neftçala)

Mübahisə və etiraz sorğuları şöbəsinin mütəxəssisi
Son tarix 01 apr 2024 Müraciət et
Təsvir:
- Kart və ekvayrinq əməliyyatlarının gündəlik monitorinqi
- Yerli və Beynəlxalq Ödəniş təşkilatları sistemlərində etiraz sorğularının irəli sürülməsi və cavablandırılması
- Plastik Kartlarla bağlı saxtakarlıq və risk monitorinq sisteminin qurulmasında aktiv iştirak etmək və təkliflər vermək
- Prosessinq Mərkəzi və Beynəlxalq Ödəniş sistemləri ilə yazışmaların aparılması
- Kart hesabları üzrə overdraft qalıqlara nəzarət;
- Şöbə daxili hesabatların hazırlanması və ya hesabatların hazırlanmasını təmin etmək
- Ölkədaxilli və Ölkəxarici kart əməliyyatları üzrə sorğuların cavablandırılması
Tələblər:
- Ali magistr təhsili (İqtisadi, Maliyyə təhsilin olması arzuolunandır);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları sahəsində, mübahisə və etiraz sorğuları üzrə iş təcrübəsi arzuolunandır);
- Azərbaycan, İngilis və rus dillərini mükəmməl bilməlidir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq və analitik düşünmə bacarığı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
Kart texnologiyalarına dəstək şöbəsinin mütəxəssisi
Son tarix 01 apr 2024 Müraciət et
Təsvir:
- CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
- CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
- Plastik kartlarla bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi;
- Kart məhsullarının yaradılması, sazlanılması, tarif və limitlərin tətbiqi;
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması və ya həmin hesabatların hazırlanmasının təmin edilməsi;
- Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak edilməsi.
Tələblər:
- Ali təhsil;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
- Oracle SQL, JAVA Core üzrə praktik vərdişlərə sahib olanlara üstünlük verilir.
İdarəetmə orqanları ilə iş şöbəsinin hüquq məsləhətçisi
Son tarix 27 mar 2024 Müraciət et
Təsvir:
- Müşahidə Şurası və İdarə Heyəti iclaslarının gündəliyinin yoxlanılması/Protokollarının hazırlanması;
- Əmr, Sərəncam, Etibarnamə və digər inzibati sənədlərin hazırlanması;
- İdarəetmə orqanlarının işinin əlaqələndirilməsi;
- İdarəetmə orqanlarının səlahiyyət bölgülərinin vaxtaşırı təhlili;
- Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin bankdaxili normativ aktlar, zəruri informasiya və hesabatlarla təmin edilməsi;
- Bank əməkdaşlarına elektron imza sertifikatlarının alınması və müddətlərinin izlənilməsi;
- Kredit, təminat və digər müqavilə şablonlarının təsdiqi və uçotunun aparılması və s.
Tələblər:
- Hüquq sahəsində ali magistr təhsilinin olması;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Korporativ idarəetmə/korporativ katiblik və ya əlaqəli sahələrdə iş təcrübəsinin olması arzuolunandır;
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməsi;
- Bank fəaliyyətini tənzimləyən qanunvericilik bazası və maliyyə bazarlarına nəzarət orqanının normativ aktlarını bilməsi;
- Kargüzarlıq işinin əsaslarını bilməsi;
- Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməsi;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Ofis proqramlarında işləmək bacarığı.
Maliyyə təhlili və İdarəedici hesabatlılıq şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi
Son tarix 26 mar 2024 Müraciət et
Təsvir:
- Bank rəhbərliyinin və Komitələrin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
- Bankın dövrü maliyyə nəticələri, trendlər və əmsal analizi ilə bağlı analitik qrafiklərinin (dashboardların) hazırlanması və təhlili;
- Bankın sektora və rəqiblərə nəzərən mövqeyi və bazar payı üzrə təhlilin həyata keçirilməsi;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması;
- Xərclərin optimallaşdırılması üzrə təkliflər.
Tələblər:
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
- Bank sektorunda minimum iki il təcrübə;
- ACCA (F5, F7 – exemption olmaması şərti ilə) və CFA 1-ci səviyyə olması xüsusi üstünlükdür;
- Ofis proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
- Analitik və riyazi düşünmə qabiliyyətinin yüksək olması;
- Xarici dil biliyi (İngilis dili) mütləqdir;
- Komunikasiya qabiliyyətinin yüksək olması;
- Komanda ilə işləmək bacarığı.