Xalq Bank
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi
Son tarix 02 mar 2024 - Müraciət et
Təsvir:
- Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;
- Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;
- Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
- Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
- Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Tələblər:
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);
- Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);
- SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;
- Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);
- Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;
- Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;
- İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;
- Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.
Korporativ satış üzrə mütəxəssis
Son tarix 02 mar 2024 Müraciət et
Tələb olunan bilik və bacarıqlar:
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -əla; ingilis dili–arzuolunandır;
- Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (sığorta sahəsində iş təcrübəsi arzuolunandır);
- Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
- Nəticəyə əsaslanma, İdarəetmə qabiliyyətli, müştəri yönümlülük, inam yaratma bacarığı;
- Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
- Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması;
- İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
- Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
- Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirilməsi;
- Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
- Xidmətlərin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
- İş yeri: Bakı şəhəri
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək, elektron ünvanına göndərilməsi xahiş olunur.