Xalq Bank
C# Developer - Proqramlaşdırma İdarəsinin Tətbiqi proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi
Son tarix 27 noy 2026 Müraciət et
Təsvir
- Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodların və kitabxanaların yazılması;
- Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının qurulması;
- Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
- Mütəmadi olaraq yeni texnologiyaları araşdırmaq və öyrənmək;
- SQL, PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
- Proqram təminatlarının yaradılması;
- Komanda ilə işləmək və digər əməkdaşlarla biliklərini bölüşmək;
- Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.
Tələblər
- Ali təhsil;
- .Net haqqında biliklər;
- Microservice arxitekturası;
- Multithreading istifadə etməklə servislərin yazılması;
- Dizayn və Arxitektura patternləri ilə iş təcrübəsi;
- SOLID prinsiplər;
- SQL Standard/Oracle SQL, PL/SQL;
- Güclü RDBMS biliyi;
- GIT ilə iş işləmək bacarığı;
- Front-End komandası ilə əməkdaşlıq etmək;
- Yaxşı və sürətli problemlərin həlli bacarıqları;
- Bank sistemləri və bank terminləri məlumatlı olmaq;
- Təhlükəsiz həllərin işlənilməsi;
- İngilis və rus dilləri üzrə biliklər;
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Telesatış üzrə kiçik mütəxəssis
Son tarix 27 noy 2026 - Müraciət et
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Dil bilikləri- Azərbaycan və rus dilləri səlis;
- Minimum 1 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office proqram biliyi;
- Məsuliyyətlilik, güclü kommunikasiya və komanda ilə işləmək bacarığı.
İş haqqında məlumat:
- Müştərilər ilə bağlantı yaradaraq sığorta məhsulu satışının həyata keçirilməsi;
- Müştəri istəklərini təhlil edərək sığorta məhsulları üzrə təkliflərin hazırlanması;
- Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış edilməsi;
- Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
- Təqdim olunan bazadakı müştərilərə qeyd edilmiş gün və saatlarda zəng edilməsi;
- Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
- Rəhbərliyin tapşırığına əsasən yerinə yetirilmiş işlər barəsində müxtəlif hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Akademik Həsən Əliyev küç 24
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır
- İmtiyazlar: Könüllü tibbi sığorta;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Telesatış üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.














