Xalq Bank
KOB üzrə Müştəri Təmsilçisi (Bakı filialları)
Son tarix 23 okt 2024 - Müraciət et
Təsvir
- Yeni Kiçik və orta sahibkarları banka müştəri kimi cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Kredit İdarəsinin İstehlak kreditləri ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 23 okt 2024 Müraciət et
Təsvir:
- Kredit idarəsinə daxil olmuş istehlak krediti müraciətlərini almaq və təhlil etmək;
- Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Müvafiq sahə üzrə Mərkəzi Bankın qaydalarını dərindən bilən və bununla bağlı yenilikləri daim izləyən namizədlərə üstünlük veriləcək;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Əməliyyatlara Nəzarət İdarəsinin Əmanət və Kredit əməliyyatlarına nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 23 okt 2024 Müraciət et
Təsvir
- Kreditlərin bankın daxili qaydalarına uyğun verilməsinə nəzarəti təmin etmək;
- Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət etmək;
- Verilmiş kreditlərin sənədləşdirilməsinin düzgünlüyünün və tamlığının yoxlanılmasını təmin etmək;
- Kreditlər və əmanətlər üzrə bank proqramında faizlərin hesablanmasına, ödənilməsinə nəzarəti təmin etmək;
- Müvafiq yoxlamalar zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılmasına nail olmaq, buna dair tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək.
Tələblər
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Bankda kredit sahəsində (ön ofis və kreditlərə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə, diqqətli və detallara fikir vermə qabiliyyəti
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
“Quba” filialının Müştəri xidməti şöbəsinin mütəxəssisi
Son tarix 23 okt 2024 Müraciət et
Təsvir
- Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
- Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
- Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
- Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
Vakansiya haqqında
Son tarix Oktyabr 22, 2024
Vakansiya növü Tam ştat