Xalq Bank
Risk metodologiyası və hesabatlılıq şöbəsinin mütəxəssisi
Son tarix 24 iyn 2023 Müraciət et
Təsvir:
- Müxtəlif ssenarilər üzrə Bankın risklərə dayanıqlığını ölçməyə imkan verən risk modellərinin hazırlanması, stress-testlərin keçirilməsi;
- Bankın məhsul və xidmətlərinin təhlili;
- Risklərin müəyyən olunması (limit təyini) və idarə olunması üzrə təkliflərin verilməsi;
- Depozit və Kredit portfeli üzrə cəmləşmənin, orta faizin hesablanması;
- Risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatlar hazırlayır.
Tələblər:
- İqtisadiyyat, maliyyə və riyaziyyat üzrə ali magistr təhsili (xarici təhsili olan və ya risk sertifikasiyası proqramlarını bitirən namizədlərə üstünlük verilə bilər);
- Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
- Stress-testləşdirmə və risklərin modelləşdirilməsi üzrə biliklər;
- Statistik analiz metodlarının tətbiqi ilə ekonometrik modellərin hazırlanması üzrə biliklər.
Analitik şöbəsinin baş iqtisadçı - analitiki
Son tarix 23 iyn 2023 Müraciət et
Təsvir:
- Dünyada və ölkə daxlində baş verən iqtisadi, siyası və sosioloji prosesləri yaxından izləmək, gündəlik informativ hesabatlar hazırlmaq, riskləri ölçmək və proqnozlar vermək;
- Vəsaitlərin yerləşdirilməsi üçün yerli və xarici qiymətli kağızlar və pul bazarı üzrə imkanları analiz edərək mütamadi təkliflər planının hazırlanması
- Bank üçün gərəkli hallarda xarici maliyyə təşkilatları və investisiya fondlarından müxtəlif maliyyə alətləri (avrobond, borc kağızları, istiqraz və s.) vasitəsilə resursların cəlb edilməsinin səmərəliliyini təhlil etmək;
- Xəzinədarlığın idarə edilməsi metodikasındakı səmərəliliyin mütamadi artırılması üçün beynəlxalq təcrübənin araşdırılması və tətbiqi yollarının müzakirəyə çıxarılmasını təmin etmək;
- Yeni maliyyə alətlərin çıxarılması üzrə daima araşdırmalar aparmaq və məlumat vermək;
- Bazar alətlərinin və bank tariflərinin bank üçün faydalığını və gəlirliyini hasablamaq və müvafiq hesabatlar hazırlamaq;
- Stress testler və senariləri hazırlamaq;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya idarəetmə üzrə ali magistr təhsili;
- Xəzinədarlıq, Risk, Maliyyə vəya Analitika üzrə ən azı 5 illik təcrübə;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Kompüter bilikləri;
- BI və data analitika bilikləri;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Analitik düşünmə və tədqiqat bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Aktiv və passivlərin idarə edilməsi şöbəsinin mütəxəssisi / kiçik mütəxəssisi (Nağd əməliyyatlar üzrə)
Son tarix 23 iyn 2023 Müraciət et
Təsvir:
- Baş Xəzinə və filial xəzinələri üzrə nağd vəsait və digər qiymətlilərin hərəkətini və monitorinqini aparmaq;
- Gündəlik olaraq bankomat qalıqlarına nəzarət etmək və inkassasiya prosesini təşkil etmək;
- Şöbə tərəfindən gündəlik daxili və xarici hesabatların hazırlanmasını təmin etmək;
- Şöbəyə məxsus konkret müəyyənləşdirilmiş sənədlərin Bank arxivinə təhvil verilməsini təmin etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya idarəetmə üzrə ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək);
- Müvafiq normativ sənədlər və qanunvericilik üzrə nəzəri biliklərə malik olmaq;
- Kompüter bilikləri;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti