Xalq Bank
Tətbiqi proqramlaşdırma şöbəsi mütəxəssisi(Backend developer)
Son tarix 25 fev 2023 - Müraciət et
Təsvir:
- Gələcəkdə istifadə üçün yenidən istifadə oluna bilən kodların və kitabxanaların yazılması;
- Rahatlıqla dəyişilə bilən və təhlükəsiz həllərin arxitekturasının qurulması;
- Mürəkkəb biznes prosesləri sürətli öyrənmək və avtomatlaşdırılması üçün proqram təminatlarının yazılması;
- Mütəmadi olaraq yeni texnologiyaları araşdırmaq və öyrənmək;
- SQL, PL/SQL sorğuların yazılması və optimallaşdırılması;
- Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
- Proqram təminatlarının yaradılması;
- Komanda ilə işləmək və digər əməkdaşlarla biliklərini bölüşmək;
- Hesabatlıq üçün yüksək performanslı sorğuların yazılması.
Tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- .Net Core, .Net 5/6 haqqında biliklər;
- Microservice arxitekturası;
- Multithreading istifadə etməklə servislərin yazılması;
- Dizayn və Arxitektura patternləri ilə iş təcrübəsi;
- SOLID prinsiplər;
- SQL Standard/Oracle SQL, PL/SQL;
- Soap/Rest Api;
- Service Oriented Architecture (SOA);
- Güclü RDBMS biliyi;
- GIT ilə iş işləmək bacarığı;
- Front-End komandası ilə əməkdaşlıq etmək;
- Yaxşı və sürətli problemlərin həlli bacarıqları;
- Bank sistemləri və bank terminləri məlumatlı olmaq;
- Təhlükəsiz həllərin işlənilməsi;
- İngilis və rus dilləri üzrə biliklər;
- İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Kiber Nüfuzetmə mütəxəssisi - Pentester)
Son tarix 25 fev 2023 - Müraciət et
Təsvir:
- Proqram və/və ya şəbəkənin yoxlanılması;
- Veb tətbiq və API yoxlamanın aparılması;
- Mobil tətbiqinin yoxlanılması;
- Əməliyyat sistemlərinin təhlükəsizlik yoxlamalarının həyata keçirilməsi;
- Aparılan yoxlamaların sənədləşdirilməsi.
Tələblər:
- İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları;
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Sahə üzrə müvafiq sertifikatlara (CRT, OSCP, CEH, GPEN və s.) sahib olmaq;
- Veb texnologiyaları barədə anlayış;
- Əməliyyat sistemləri və şəbəkə üzrə anlayış;
- Həm şifahi, həm də yazılı ünsiyyət bacarığı;
- Yaradıcı və strateji düşünmə bacarığı;
- Daim öyrənmə bacarığı;
- Məsuliyyətlilik, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Metodologiya şöbəsinin mütəxəssisi
Son tarix 25 fev 2023 Müraciət et
Təsvir:
- Bankın biznes proseslərini və struktur bölmələrin işini əhatə edən normativ aktların hazırlanması;
- Bankın məhsul və xidmətləri üzrə tələb olunan normativ aktların hazırlanması;
- Bankın struktur bölmələrinin və idarəetmə orqanlarının əsasnamələrinin hazırlanması və Bankın strukturda baş vermiş dəyişikliyi müvafiq normativ aktlarda əks etdirilməsi;
- Bankın əməkdaşlarının vəzifə təlimatlarının hazırlanması;
- Bank biznes proseslərinin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması;
- Biznes proseslərin blok-sxemlərlə təsvir edilməsi.
Tələblər:
- Ali magistr təhsili (iqtisadi və ya hüquqi təhsil);
- Azərbaycan Respublikasının maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktlarına dair biliklər;
- Bank işi sahəsi üzrə biliklər;
- Azərbaycan dilinin orfoqrafiyasını və qrammatikasını mükəmməl səviyyədə bilmək;
- Analitik və kreativ düşüncə, işdə dəqiqlik və işə yaradıcı yanaşmaq qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- MS Office məhsulları üzrə bilik və vərdişlər (xüsusi ilə “Word”, “Visio, Excel, DraW IO”);
- Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə