Xalq Bank
Risklərin İdarə edilməsi İdarəsinin Komplayens risklərinin idarə edilməsi şöbəsinin kiçik mütəxəssisi / mütəxəssisi
Son tarix 14 may 2025 - Müraciət et
Təsvir
- Bankdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunu qiymətləndirilmək;
- Bankın məhsul, xidmətlərinin eləcə də bankdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy vermək və komplayens riskini ölçüb bildirmək;
- Bankın müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək;
- Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət;
- ƏL/TMM sahəsi üzrə və FATCA-nı Bankda tətbiq etmək məqsədilə bankdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə Bankın strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək;
- Bankın strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması.
Tələblər
- Tam ali hüquqi və ya iqtisadi təhsil;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, düzgün və etibarlı olmalı;
- Xarici dil – ingilis dili əla səviyyədə;
- MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı;
- Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli;
- 1 il bank təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir) üstünlük təşkil edir.
- Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Magistr
Maraqlanan namizədlər Müraciət Et butonunda qeyd olunan link-ə daxil ola bilərlər.