Xalq Bank
Xəzinədarlıq İdarəsinin Qiymətli kağızlar ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 18 okt 2024 - Müraciət et
Təsvir:
- Qiymətli kağızlar bazarında əməliyyatların aparmaq;
- Banklararası cəlbetmə / yerləşdirmə və qiymətli kağızlar portfelinin hesabatlılığını təmin etmək;
- Bağlanılmış bütün əməliyyatlar üzrə rəsmi sənədlərin hazırlanıb əqd bağlanan tərəfə göndərilməsini və bankdaxili digər struktur bölmələrinin çevik məlumatlandırılmasını təmin etmək;
- Əməkdaşlıq etdiyi yerli və xarici banklar ilə mütəmadi əlaqələri təmin etmək;
- Şöbə daxilində digər gündəlik vəzifələr, sənədləşmə və əməliyyatlara nəzarət etmək;
- Rəhbərliyin tələblərinə uyğun olaraq digər hesabat və təhlillər aparmaq.
Tələblər:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- İnvestisiya xidmətlərinin həyata keçirilməsinə dair A və B ixtisas şəhadətnamələrinin olması mutləqdir (C
- arzuolunandır);
- Səlahiyyətli traderlərə üstünlük veriləcək;
- Bank işi sahəsində təcrübə arzuolunandır;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Azərbaycan / Rus / İngilis dillərini mükəmməl səviyyədə bilmək;
- Mərkəzi Bankın müvafiq normativ sənədlər və qanunları üzrə nəzəri biliklərə malik olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri (MS Excel proqramı üzrə mükəmməl biliklər tələb olunur)