Xalq Bank
Gəncə filialının ütəxəssis-operatoru
Son tarix 21 dek 2022 - Müraciət et
Təsvir:
- Müştərilərə Bankın məhsulları, xidmətləri və onların tarifləri, o cümlədən Bankın kampaniyaları barədə ətraflı məlumat vermək;
- “Q-matic” aparatından istifadə zamanı yaranan suallarını cavablandırmaq və onların Bank xidmətlərindən istifadə etmələrinə köməklik göstərmək;
- Filiala daxil olan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq və aidiyyəti üzrə təqdim etmək;
- Zərurət olduğu halda filialdan göndərilməsi nəzərdə tutulan sənədləri bankdaxili qaydalara uyğun olaraq qeydiyyata almaq, kuryer vasitəsilə ünvana çatdırılmasını təmin etmək;
- Filiallarda kargüzarlıq işinin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Filial direktorunun qəbuluna gələn qonaqları müşayiət etmək;
- Filiala daxil olan zəngləri filialın aidiyyəti işçilərinə yönəltmək;
- Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək;
- Tələb olunan hesabatları tam və vaxtında aidiyyəti üzrə göndərmək;
- Filial direktorunun ona tapşırdığı işləri yerinə yetirmək.
Tələblər:
- Ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
- Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
- Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
- Kompüter bilikləri;
- Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti, kollektivdə işləmək bacarığı olmalı;
- Stressə davamlılıq.