Xalq Bank
İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi (Personalın idarəedilməsi / İşə qəbul)
Son tarix 14 noy 2022 - [email protected]
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı.
Nami̇zədə dai̇r Tələblər:
- Ali magistr təhsili (Maliyyə, İqtisadiyyat, Menecment, Bank işi və Hüquq);
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilmək (ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
- Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
- Əmək qanunvericiliyinin əsaslarını bilmək;
- Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
- Təlim, sertifikatlaşdırma, uygunlaşma fəaliyyətinin qurulması və həyata keçirilməsinin prinsipləri;
- Kompüter bilikləri;
- Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
- Ünsiyyətcil, komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İşi̇n Təsvi̇ri̇:
- AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
- İşçilərin şəxsi işlərini kadr-uçot formasında aparılması;
- İşçilərə əmək müqavilələrini hazırlamalı, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin intizam tənbehlərinə dair tədbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparılması;
- Əmək müqaviləsi daxil olmaqla, işə qəbul, xitam və keçirilmə haqda əmrləri rəsmiləşdirilməsi və elektron portalda işlənilməsi;
- Aylıq tabel uçotunu aparılması;
- Əmrlər, ezamiyyət, məzuniyyət və əmək kitabçalarının qeydlərini aparılması;
- Məzuniyyət qrafiklərini tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Bank üzrə vakant yerlərin araşdırılması, həmin iş yeri üzrə elanın hazırlanması və elanın müvafiq internet saytlarında yerləşdirilməsi;
- Daxil olan CV-lərin qeydiyyatı, namizədlərin vahid bazasının yaradılması;
- İşçi heyətinə təlim ehtiyaclarının müəyyən edilməsi;
- Təlimlərin, seminarların təşkili;
- Təlim müəssisisələri ilə mütamadi olaraq işləmək, aidiyyatı müqavilə və sazişləri hazırlamaq;
- Ödənişlərin həyata keçirilməsi və onlara nəzarət etmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34