Mühasibatlıq şöbəsinin mühasib - kiçik mütəxəssisi / mütəxəssisi
Son tarix 03 apr 2022
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-
Ali magistr təhsili (Maliyyə və ya İqtisadi arzuolunandır);
-
Mühasibat uçotu sahəsində təcrübə və biliklər;
-
Bank qanunvericiliyi, Vergi qanunvericiliyi və Mülki qanunvericilik haqqında biliklər;
-
1C 8.3 versiyasının istifadəçisi;
-
MS Office proqramlarından istifadə etmək bacarığı (xüsusi ilə Excel);
-
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-
Bank təcrübəsi və ACCA olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
-
1C 8.3 versiyasında əsas vəsaitlərin və qeyri-maddi aktivlərin maliyyə və vergi uçotu üzrə aşağıdakı əməlyyatlarının aparılması;
-
Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə mədaxil / məxaric əməliyyatlarının uçotu;
-
Əsas vəsaitlər üzrə təmir, saxlama və istismar xərclərinin uçotu;
-
Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə amortizasiyasının və vergilərin hesablanması (əmlak vergisi, torpaq vergisi);
-
Əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə hesabatların (daxili, vergi və statistika) hazırlanması;
-
İnventar, azqiymətli və tezköhnələn əşyaların uçotu.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34.