Büdcə planlaşdırılması və xərclərə nəzarət şöbəsinin mütəxəssisi
Son tarix 19 fev 2022
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-
Maliyyə və ya İqtisadiyyat sahəsində ali magistr təhsili;
-
Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
-
Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
-
MS Office proqramlarından (xüsusilə MS Excel, Power Point) təkmil istifadə bacarığı (1C üzrə biliklər üstünlükdür);
-
Səlis Azərbaycan dili və yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
-
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
-
Bank təcrübəsi və beynəlxalq maliyyə ixtisaslaşması (məs. ACCA, CIMA) olan namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
-
Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
-
Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi, icmallaşdırılması və illik icmal büdcənin hazırlanmasında iştirak;
-
Bank üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımı hesabatlar hazırlamaq;
-
Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
-
Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
-
İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
Mühasibatlıq şöbəsinin mühasib - stajçı / kiçik mütəxəssisi
Son tarix 19 fev 2022
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
Namizədə dair tələblər:
-
Ali magistr təhsili (maliyyə və ya iqtisadi arzuolunandır);
-
MS Office proqramlarından istifadə etmək bacarığı;
-
Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
İşin təsviri:
-
AR Dövlət Vergi Xidməti tərəfindən Banka daxil olan müştəri hesabları barədə sorğuların qəbulu, məlumatların hazırlanması və cavablandırılması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34