Vəzifə: Bankın Biznesin inkişafı İdarəsinin Pərakəndə bankçılıq şöbəsinin mütəxəssisi/baş mütəxəssisi
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, menecment, iqtisadiyyat, idarəetmə istiqaməti üzrə magistr təhsilin olması;
• Ən azı 2 il bankda müvafiq sahədə iş təcrübəsi;
• Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
• Microsoft Office proqramlarından istifadə bacarığı;
• Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
• Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
• İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək.
İŞİN TƏSVİRİ:
• Pərakəndə bank məhsulları və xidmətləri üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
• Pərakəndə bank məhsul və xidmətlərin satışını struktur bölmələrlə əlaqəli şəkildə təşkil etmək;
• Müştərilər arasında məhsul və xidmətlərin parametrlərinə, xidmət səviyyəsinin ölçülməsinə dair sorğular keçirmək, nəticələrini təhlil etmək və hesabat hazırlamaq;
• Mövcud müştəri qruplarını müəyyən etmək, təsnifləşdirmək, onların tələbatlarını öyrənmək və bu tələbatlara uyğun olaraq yeni məhsul və xidmət paketləri hazırlamaq;
• Pərakəndə məhsullar üzrə satışlar və xidmətlər barədə mütəmadi təhlillər aparır, mavfiq hesabat və təkliflər hazırlamaq;
• Regionlar, məhsul və müştəri qrupları üzrə fərqli satış strategiyasını hazırlamaq;
• Pərakəndə məhsulların satılması üzrə satış məntəqələrinə dəstək vermək;
• Pərakəndə satış standartlarına satış məntəqələri tərəfindən riayət olunmasına nəzarət etmək;
• Pərakəndə bank məhsul və xidmətlərin satışı üzrə müştəri qruplarını təsnifləşdirmək və bazarın cari tələblərinə uyğun sadə və kross satışları təşkil etmək;
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34