Xalq Bank
Kart texnologiyalarına dəstək şöbəsinin mütəxəssisi
Son tarix 03 iyl 2024 - Müraciət et
Təsvir:
- CMS (Card Management System) proqram təminatı üzrə sistem inzibatçılığı funksiyasının yerinə yetirilməsi (təlim keçirilməsi təmin olunacaq);
- CMS proqram təminatı üzrə Vendorlar tərəfindən təqdim edilən istifadəçi funksiyalarının və kitabxana fayllarının sistemə yüklənməsi, dəyişdirilməsi;
- Plastik kartlarla bağlı müxtəlif sistemlər arasında olan əməliyyatlar üzrə funksionallıqların, servislərin, APİ sorğuların hazırlanması və tətbiqi;
- Kart məhsullarının yaradılması, sazlanılması, tarif və limitlərin tətbiqi;
- Plastik kartlar üzrə daxili və kənar təşkilatlar üçün hesabatlar hazırlanması və ya həmin hesabatların hazırlanmasının təmin edilməsi;
- Plastik Kart sistemləri üçün həyata keçirilən inkşaf layihələrində aktiv olaraq iştrak edilməsi.
Tələblər:
- Ali təhsil;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- İngilis və rus dillərini bilənlərə üstünlük verilir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və analitik düşünmə bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Web servis, arxitektura növləri (Rest/Soap) barədə biliklərə, APİ Servislərin sorğulanması bacarığına, sorğulama formatları (JSON / XML) barədə anlayışlara malik olmalıdır;
- Oracle SQL, JAVA Core üzrə praktik vərdişlərə sahib olanlara üstünlük verilir.
Maliyyə nəzarəti və bankxarici hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi
Son tarix 05 iyl 2024 Müraciət et
Təsvir:
- Mərkəzi Banka gündəlik hesabatların hazırlanması;
- Tədiyyə balansı, qabaqcadan ödənişlər hesabatı hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək;
- Bank üzrə ümumi statistika hesabatı hazırlamaq ;
- Şöbə, idarə rəisinin müavini və idarə rəisinin şöbənin, habelə idarənin fəaliyyəti ilə əlaqədar ona tapşırdığı işləri yerinə yetirmək;
Tələblər:
- Ali magistr təhsili və maliyyə üzrə sertifikasiyası (Maliyyə və İqtisad arzuolunandır);
- Müvafiq sahədə bank təcrübəsi arzuolunandır;
- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə;
- Məsuliyyət və dəqiqlik;
- MS Ofis proqramları və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı;
- Təhliletmə və hesabat tərtib etmə bacarığı olmalı;
- Analoji sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
Ödəniş Kartları İdarəsinin Mübahisə və etiraz sorğuları şöbəsinin mütəxəssisi
Son tarix 07 iyl 2024 Müraciət et
Təsvir:
- Kart və ekvayrinq əməliyyatlarının gündəlik monitorinqi;
- Ödəniş kartları əməliyyatları üzrə dələduzluq və sui istifadə əməliyyatlarının aşkar edilməsi və preventiv tədbirlərin görüməsi;
- Kart əsəslı və ekvayrinq əməliyyatları üzrə monitorinq qaydalarının yazılması;
- Kart hesabları üzrə overdraft qalıqlara nəzarət;
- Şöbə daxili hesabatların hazırlanması və ya hesabatların hazırlanmasını təmin etmək;
Tələblər:
- Ali magistr təhsili (İqtisadi, Maliyyə təhsilin olması arzuolunandır);
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank təcrübəsi (1-2 il) (Ödəniş kartları sahəsində, mübahisə və etiraz sorğuları üzrə iş təcrübəsi arzuolunandır);
- Azərbaycan, İngilis və rus dillərini mükəmməl bilməlidir;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Riyazi hesablama aparmaq və analitik düşünmə bacarığı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Excel proqramı üzrə əsas bacarıqlar (formulalar, məntiqlər, shortcuts və s.);
Kredit İdarəsinin İstehlak kreditləri ilə iş şöbəsinin mütəxəssisi
Son tarix 07 iyl 2024 Müraciət et
Təsvir:
- Kredit idarəsinə daxil olmuş istehlak krediti müraciətlərini almaq və təhlil etmək;
- Aparılmış analizin tamlığının, keyfiyyətinin təhlil edilməsi, kredit rəyinin tərtib edilməsi və kredit sifarişinin bütün tələb olunan sənədlərlə birlikdə kredit komitəsinin müzakirəsinə çıxarılması;
- Daxil olmuş müraciətlərin lazımi tələblərə və limitlərə cavab verilməsinə nəzarət edilməsi;
- Bankın filiallarının kredit bölmələrinin əməkdaşlarına istehlak kreditləri ilə bağlı lazımi məsləhətlərin verilməsi və onların işinə nəzarət edilməsi;
- Bankın kredit portfelinin keyfiyyətinin artırılması məqsədilə müxtəlif mənbələrdən məlumatlar əldə edilməklə müxtəlif ssenarilərin təhlili və simulyasiya edilməsi.
Tələblər:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Bankda Kredit sahəsində minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə və detallara fikir vermə qabiliyyəti;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Müvafiq sahə üzrə Mərkəzi Bankın qaydalarını dərindən bilən və bununla bağlı yenilikləri daim izləyən namizədlərə üstünlük veriləcək;
- Xarici dil bilikləri (rus və ingilis) arzuolunandır.
Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi
Son tarix 07 iyl 2024 Müraciət et
Təsvir:
- Bankın müvafiq bölmələrinin və banka nəzarətedici orqanın və ya bankla əməkdaşlıq edən təşkilatların (dövlət orqanları və s.) tələbi ilə lazımi hesabat və arayışların hazırlanması, təhlili və təqdim edilməsi, sorğuların cavablandırılması;
- Bankın kredit portfelinin müxtəlif meyarlar üzrə təsnifləşdirilməsi və ayrı-ayrı dövrlər üzrə müqayisəli təhlilinin aparılması məqsədilə hesabatların hazırlanmasının və təqdim olunmasının təmin edilməsi;
- Effektliyin artırılması məqsədilə hesabatların hazırlanması prosesinin optimallaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
- Hesabatların avtomatlaşdırılması üçün aidiyyatı funskional strukturlar ilə işlərin aparılması:
- Bankın kredit sahəsi üzrə təhlillər aparılması və detallı, geniş analitik hesabatların hazırlanması;
- Vəzifə öhdəliklərindən irəli gələn digər işlərin görülməsi.
Tələblər:
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə ali magistr təhsili;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Bank təcrübəsi olanlara üstünlük verilə bilər (kiçik mütəxəssis tələbi üzrə);
- Microsoft Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə peşəkar səviyyədə Microsoft Excel-dən istifadə bacarığı);
- SQL proqramlaşdırma dili və Power BI üzrə biliklərin olması arzuolunandır;
- Bank modulları (əsasən FlexCube), BI prosesləri və ya analitik məlumatların emalı sistemləri ilə iş təcrübəsi (kiçik mütəxəssis tələbi üzrə);
- Bank proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti;
- Güclü analitik, alqoritmik düşünmə və riyazi hesablama aparmaq qabiliyyəti;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək qabiliyyəti;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq, digər əməkdaşlarla biliklərini bölüşmək qabiliyyəti;
- İşdə dəqiqlik, məsuliyyətlilik, təqdimat bacarığı və detallara fikirvermə qabiliyyəti;
- Yüksək qavrama, öyrənmə, yenilikləri intensiv və dərindən mənimsəmə qabiliyyəti.
İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi
Son tarix 07 iyl 2024 Müraciət et
Təsvir:
- AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, azad olması, başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
- AR qanunvericiliyin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması;
- Əmək müqavilələri, onlara əlavə və dəyişikliklərin edilməsi və onların müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
- Əmək müqaviləsinin xitam verilməsinin rəsmiləşdirilməsi və müvafiq qaydada elektron hökümət portalında işlənməsi;
- İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirləri rəsmiləşdirmək;
- Əmək intizamının monitorinqini həyata keçirmək, Bankın buraxılış nəzarət sistemi vasitəsilə alınan hesabatların araşdırılmasını və gecikmə halları ilə bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Aylıq avans və əmək haqqı tabel uçotunu aparılması;
- Ştat cədvəlinin tərtibi, ona müvafiq əlavə və dəyişikliklərin edilməsi;
- İşçi heyəti ilə bağlı müxtəlif növ arayışları, xasiyyətnamələri hazırlamaq və aidiyyəti üzrə təqdim etmək
- Azərbaycan Respublikası Dövlət Miqrasiya xidmətinə Bankın əməkdaşlarının fərdi iş icazəsi, müvəqqəti yaşama icazəsinin alınması üçün sənədlərin hazırlamaq;
- İşçilərin icbari tibbi müayinəsi, icbari və könüllü sığortası, sosial sığorta hadisələrinin baş verməsi zamanı müavinətlərin təyin edilməsi üzrə müvafiq sənədləşmə işlərini icra etmək.
Tələblər:
- Ali magistr təhsili;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
- Sosial sığorta, sosial təminat qanunvericiliyini bilməli və miqrasiya qanunvericilyinin əsaslarını bilmək;
- Əmək qanunvericiliyini mükəmməl bilməli
- Bu sahədə 3 (üç) ildən artıq təçrübə;
- Əmək qanunvericiliyini bilmək;
- Namizədlərin məlumatlarının 1C 8.3 versiyasında işləyə bilməsi;
- Kompüter bilikləri;
- Ofis ləvazimatları (printer, scanner, fax) ilə işləmək bacarığı;
- Ünsiyyətcil, komandada işləmək bacarığı;
- Stressə davamlılıq;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Əmanət və Kredit əməliyyatlarına nəzarət şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi
Son tarix 04 iyl 2024 Müraciət et
Təsvir:
- Kreditlərin bankın daxili qaydalarına uyğun verilməsinə nəzarəti təmin etmək;
- Bankın kredit əməliyyatlarının müvafiq qanunvericilik və normativ aktlara uyğun olaraq aparılmasına nəzarət etmək;
- Verilmiş kreditlərin sənədləşdirilməsinin düzgünlüyünün və tamlığının yoxlanılmasını təmin etmək;
- Kreditlər və əmanətlər üzrə bank proqramında faizlərin hesablanmasına, ödənilməsinə nəzarəti təmin etmək;
- Müvafiq yoxlamalar zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılmasına nail olmaq, buna dair tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək.
Tələblər:
- İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili;
- Bankda kredit sahəsində (ön ofis və kreditlərə nəzarət sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- Analitik düşüncə, diqqətli və detallara fikir vermə qabiliyyəti
- Stressə davamlılıq, komandada işləmə bacarığı;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).
Kredit şöbəsinin mütəxəssisi (Neftçala)
Son tarix 03 iyl 2024 Müraciət et
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri
Kredit şöbəsinin mütəxəssisi (Qusar)
Son tarix 03 iyl 2024 Müraciət et
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri