Xalq Bank
326
Marketinq şöbəsinin mütəxəssissi
Son tarix 11 fev 2023 Müraciət et
Təsvir:
- Bank məhsullarının satışını, rəqabət qabiliyyətliliyini daim izləmək və təhlil etmək;
- Bank məhsul və xidmətləri üzrə müvafiq bazar araşdırmaları aparmaq;
- Müxtəlif müştəri və müştəri qruplarına xüsusi məhsul və xidmət şərtlərinin təqdim olunmasına dair təklif və kampaniyaların hazırlanması;
- Yeni bank məhsullarının yaradılması, xidmət şəbəkəsinin genişləndirilməsi, xidmətin keyfiyyətinin və müştəri məmnuniyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Reklam kanallarının effektivliyinin izləniləməsi;
- Bankın filial/şöbələrinin satış potensialının tam şəkildə istifadə edilməsi üçün tədbirlərin planlaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- Məhsul və xidmətlər üzrə satış üsullarını, alətlərini və kanallarını müəyyən etmək və mütəmadi təkmilləşdirmək;
- Bankın kommunikasiya strategiyasının hazırlanması və icrası üçün Reklam və ictimaiyyətlə əlaqələr şöbəsini lazımı informasiyalar və təkliflərlə təmin etmək.
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 1 il marketinq sahəsində və ya bankda iş təcrübəsi (xidmət sektoru üzrə iş təcrübəsinin olması arzuolunandır);
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- Microsoft Office proqramlarından istifadə bacarığı;
- Komanda işini bacarmalı və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, yüksək təqdimat bacarığı;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini bilmək arzuolunandır).
Korporativ bankçılıq şöbəsinin mütəxəssisi
Son tarix 11 fev 2023 - Müraciət et
Təsvir:
- Yeni korporativ müştərilər cəlb etmək;
- Potensial müştərilərdən bank xidmətləri üzrə sifarişləri qəbul etmək və satışı həyata keçirmək;
- Mövcud müştəri portfelini idarə etmək, müştərilərə bu seqmentə aid bütün növ bank məhsullarını satmaq;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək, onları müvafiq bank xidmət və məhsullarına dair məlumatlandırmaq;
- Müştəri müraciətlərinin aidiyyatı struktur bölmələr tərəfindən icrasını təmin etmək;
- Cari və planlaşdırılmış əməkdaşlıqların effektivliyini təhlil etmək;
- Görülmüş işlər üzrə hesabat vermək.
Tələblər:
- Maliyyə, menecment və ya iqtisadiyyat istiqaməti üzrə magistr təhsilin olması;
- Azərbaycan dili mükəmməl səviyyədə (rus və ingilis dili arzuolunandır);
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satış bacarığı;
- Maliyyə hesabatlarının təhlil etmə bacarığı;
- Tələb olunan sahə üzrə 2 illik iş təcrübəsi.
Maliyyə təhlili və idarəedici hesabatlılıq şöbəsinin mütəxəssisi
Son tarix 11 fev 2023 - Müraciət et
Təsvir:
- Bank rəhbərliyinin və Komitələrinin mütəmadi olaraq təhlil və məlumatlarla təmin edilməsi;
- Bankın maliyyə göstəricilərinin təhlili;
- Analitik hesabatların tərtib olunması;
- Vizual dashboard-ların qurulması;
- Müxtəlif məlumat bazaları üzrə optimal SQL sorğuların yazılması;
- Daimi olaraq proseslərin və hesabatların avtomatlaşdırılması işlərinin aparılması.
- Xərclərin optimallaşdırılması üzrə təkliflər;
- Məhsul və xidmətlərin maya dəyərinin ölçülməsi
Tələblər:
- Maliyyə və ya İqtisadiyyat sahəsi üzrə magistr təhsili;
- Maliyyə sektorunda minimum bir il təcrübə (mütəxəssis tələbi üzrə);
- Yaxşı səviyyədə SQL bilikləri;
- Office proqramları üzrə sərbəst işləmək bacarığı (xüsusilə MS Excel);
- Maliyyə üzrə təməl biliklərin olması: balans, mənfəət / zərər;
- İngilis dili – orta səviyyədə;
- Python üzrə işləmək bacarığının olması üstünlükdür (əsas syntax bilikləri vacibdir);
- VBA biliklərinin olması arzuolunandır;
- Alqoritmik düşünmə qabiliyyəti;
- Komunikasiya qabiliyyətinin yüksək olması;
- Komanda ilə işləmək bacarığı.
Müştəri xidməti şöbəsinin mütəxəssisi (Qusar)
Son tarix 11 fev 2023 - Müraciət et
Təsvir:
- Müştərilərin müraciətlərini cavablandırmaq, bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Müştərilərin eyniləşdirilməsini təmin etmək, onlara müvafiq hesablar açmaq (hesabları bağlamaq), hesab sahibinin tapşırıqlarına əsasən müvafiq əməliyyatların aparılmasını təmin etmək;
- Əməliyyatın aparılması üçün müştərilərin təqdim etdiyi sənədləri (müqavilələri, hesab-fakturaları və digər sənədləri) yoxlamaq;
- Müştərilərin istəyinə uyğun olaraq onlara hesab qalıqları barədə arayış və çıxarış tərtib edərək təqdim etmək;
- Cari sənədlərin yığılması, saxlanılması və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
Rəqəmsal bankçılıq şöbəsinin mütəxəssisi
Son tarix 11 fev 2023 Müraciət et
Təsvir
- Daxili və xarici bazarlarda rəqəmsal xidmətlərin inkişaf trendlərinin izlənilməsi və bazar araşdırmaların aparılması;
- Rəqəmsal məhsul və xidmətlərin yaradılması proseslərində iştirak;
- Rəqəmsal bankçılıq platformalarının funksional inkişafı istiqamətində texnoloji imkanları təhlili;
- Rəqəmsal tətbiqlərin inkişafı ilə əlaqədar biznes tələblərinin formalaşdırılması və icrası prosesini təşkili, zərurət yarandığı halda Bankın müvafiq struktur bölmələri və kənar təşkilatlar ilə birgə texniki tapşırıqların hazırlanması və onların icrasınının koordinasiyası;
- İnternet və mobil bankçılıq sistemlərində yeni məhsul və xidmətlərin yaradılması və ya mövcud xidmətlərin optimallaşdırılması üçün texniki tapşırığın formalaşdırılması;
- Rəqəmsal bankçılıq platformalarında və əməliyyat sistemlərində sınaqların həyata keçirilməsi;
- Rəqəmsal bankçılıq sisteminə dair biznes proseslər üzrə xəritələrin qurulması və blok-sxemlərin hazırlanması;
- Rəqəmsal bankçılıq məhsul və xidmətlərinin müştərilər tərəfindən istifadə aktivliyinin, məhsul və xidmətlərin satışı istiqamətində işin təşkili;
- Müştərilərə xidmət göstərən struktur bölmələrinə, yeni rəqəmsal məhsul və xidmətlərin istifadəyə verilməsi zamanı təlimlərin keçirilməsi;
- Bankın rəqəmsal texnologiyalı infrastrukturunun, məhsul və xidmətlərinin inkişaf etdirilməsi istiqamətində təkliflərin hazırlanması;
- Bankın müştərilərinə xidmət göstərən əməkdaşlara dəstəyin göstərilməsi;
- Rəqəmsal platformalar vasitəsilə məhsul və xidmətlərin satış potensialını artırılması üçün istifadəçi təcrübələrinin yaxşılaşdırılması istiqamətində mütəmadi iş prosesini təmin etmək;
- Yaranmış texniki çətinliklərin aradan qaldırılması üçün Bankın aidiyyatı struktur bölmələri, yerli və xarici partyorları ilə işin koordinasiyası.
Tələblər:
- Maliyyə, menecment, iqtisadiyyat və ya texniki istiqaməti üzrə magistr təhsilin olması;
- Ən azı 1 il rəqəmsal bank xidmətlərin inkişafı sahəsində təcrübə və ya bank məhsullarının inkişafı layihələrində praktiki iştiraki;
- Təhlil etmə və hesabatların hazırlanması bacarıqları;
- Rəqəmsal texnologiyalar barədə bilikli olmaq;
- Güclü analitik düşünmə qabiliyyəti;
- Bank qanunvericiliyi barədə dərin biliklərə sahib olmaq;
- Komanda işi və bankın digər funskional strukturları ilə işləmək bacarığı;
- Ünsiyyətcil, təşəbbüskar, nəticə yonümlü;
- İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
- Rus və ingilis dilini bilmək arzuolunandır;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Layihələrin idarəedilməsi metodologiyaları ilə tanış olması və praktiki tətbiqi üstünlükdür ;
- Müxtəlif proqram təminatlarına yüksək adaptasiya qabiliyyəti.
Kredit şöbəsinin mütəxəssisi (Mərdəkan)
Son tarix 11 fev 2023 - Müraciət et
Təsvir:
- Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
- Kredit sənədlərinin tərtibi;
- Kredit portfelinə nəzarət və idarə etmək;
- Müştəri hesablarının aparılmasına nəzarət;
- Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili;
- Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
- Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
- Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
- Kompüter bilikləri.
Məlumat mərkəzinin mütəxəssisi
Son tarix 10 fev 2023
Nami̇zədə Dai̇r Tələblər:
- Ali iqtisadi təhsil;
- Müştəri ilə ünsiyyət qurma bacarığı;
- Şifahi və yazılı formada öz fikirlərini ifadə etmək bacarığı;
- Məsuliyyət, dəqiqlik, fəallıq;
- Kompyuter proqramları ilə istifadə bacarığı;
- Komandada işləmək bacarığı;
- Azərbaycan dili - mükəmməl, rus dili -mükəmməl, ingilis dili - yaşxı səviyyədə bilmək arzu olunandı;
- Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- Nəzakətlik, dəqiqlik;
- Peşəkar şəkildə fikirlərini ifadə etmək bacarığı.
- Bank sektorunda təcrübənin olması;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti.
İşi̇n Təsvi̇ri̇:
- Banka daxil olan zənglərin cavablandırılması;
- Sosial şəbəkələr vasitəsi ilə müştəri müraciətlərin cavablandırılması;
- məsafədən bankçılıq xidmətlərinin göstərilməsi (onlayn hesab açılması, kart sifarişlərinin qəbulu və s.)
- Elektron poçt ünvanlarına daxil olan müraciətlərin cavablandırılması;
- Online Məsləhətçi vasitəsi ilə təqdim olunan sualların cavablandırılması;
- Müştərilərin bank xidmət və məhsulları haqda məlumatlandırılması və müştəri sorğusuna əsasən xidmət növünün müəyyən olunması, həmin xidmət üzrə ətraflı məlumatın təqdim olunması;
- Telefon zəngi əsasında kart sahiblərinə müəyyən xidmətlərin göstərilməsi;
- Görülən işlər üzrə hesabatların hazırlanması;
- Daxil olan şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin görülməsi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34