Xaliq Faiqoğlu
Avtobus parkına Mühərrik ustası (motorçu)
Son tarix 13 fev 2026 - [email protected]
Sərnişin daşımaları həyata keçirən şirkətimizın təmir mərkəzinə avtobuslara texniki xidmət və təmir işlərinin aparılması üçün təcrübəli və peşəkar “Mühərrik ustaları (matorçu)” tələb olunur.
İş barədə tələblər:
- Avtobusların İSUZU, BMC, OTOKAR və GOLDEN DRAGON markalı avtobusların cummins mühərriklərinin və Daewoo BS 090 markalı avtobuslarının mühərriklərini təmiri;
- Yaranmış nasazlıqları aşkar etmək və bu nasalıqları aradan qaldırmağı bacarmaq;
- Nasazlıqların yaranma səbəblərini aşkar etmək;
- İstehsalçıların təmir texnologiyalarına riayət etmək;
- Zəruri olan ehtiyyat hissələrinin alınması üzrə təkliflər vermək;
- Təhkim olunmuş əl alətlərini təmiz və səliqəli saxlamaq;
- Daxili prosedurlara və nizam - intizam qaydalarına riayət etmək;
- İşlərin icrası zamanı əməyin mühafizəsi, texniki və yanğın təhlükəsizlik qaydalarına əməl etmək, fərdi mühafizə vasitələrindən istifadə etmək;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra edilməsi;
Namizəd barədə tələblər:
- Komandada işləmək bacarığı;
- Avtobus nəqliyyat vasitələrinin mühərrik işlərində təcrübəli olmaq;
- İxtisaslaşmış servis mərkəzlərində ən az 3-5 il iş təcrübəsinin olması;
- Əvvəlki iş yerlərində intizam məsuliyyətinə cəlb edilməyən;
- Növbəli iş saatlarında işləyə bilmək;
- Cinsi – Kişi;
- Yaş həddi 23-45
Əlavə məlumat:
- İş yeri: Bakı şəhəri;
- Dil bilikləri: Azərbaycan dili səlis;
- İş qrafiki: Növbəli iş rejimi;
- Əmək haqqı: 2500 -3000 manat.
Maraqlanan namizədlər CV-lərini mövzu yerində “Mühərrik ustası” qeyd etməklə azərbaycan dilində Müraciət Et düyməsində göstərilən elektron poçt ünvana göndərə bilərlər.
Əlaqə nömrəsi: (012) 430 85 85, 0555006770; 0555006886










