Xaliq Faiqoğlu
Servis müdiri
Son tarix 07 mar 2025 - [email protected]
İş haqqında məlumat:
- Dizel, CNG yanacağı ilə işləyən (Cummins mator və ZF, Allison transmissiya ilə təchiz olunmuş) müasir avtobusların sağlam xidmət göstərmələrini təmin etmək üçün onlara texniki qulluq və təmir işlərinin aparılmasını təmin etmək;
- Avtobusların ehtiyat hissələri tələbinin formalaşdırılmasını həyata keçirmək;
- Avtobuslarda olan texniki nasazlıqlara düzgün diaqnozun qoyulmasında iştirak etmək;
- Avtobusların təmiri və texniki xidmətində istifadə olunacaq malların, materialların və xidmətlərin alınmasını satinalma ilə təmin etmək və düzgün istifadəsinə nəzarət etmək;
- Avtobus nəqliyyat vasitələri üçün dövri texniki xidmət və nəzarət planlarını hazırlamaq və həyata keçirmək, dövri və gündəlik texniki xidmət üçün lazım olan hər cür sistemləri qurmaq və istismar etmək, onların texniki xidmət və təmirini yerinə yetirmək;
- İdarəetmə fəaliyyətləri nəticəsində yarana biləcək şinlər, tullantı yağlar və akkumulyatorlar kimi tullantıların idarə olunması proqramını yaratmaq və idarə etmək;
- Avadanlıqlardan təyinatı üzrə istifadə olunmasına nəzarət etmək;
- Avtobus parkında texniki qulluq üçün düzgün heyətin yaradılmasını təmin etmək;
- Tabeliyindəki işçilərin iş hədəflərinin təyin edilməsini həyata keçirmək;
- İşlərin təhlükəsizlik şəraitində aparılmasını təmin etmək;
- İstehsalçı şirkətlərlə avtobusların təmiri mövzusunda danışıqlar aparmaq;
- Altıgünlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı: 2500-3000 AZN (namizədə görə dəyişir):
Namizədə tələblər:
- Analitik düşünmə bacarığı;
- Ali texniki təhsilli;
- Müvafiq sahə üzrə minumum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan (sərbəst), İngilis və rus dili bilmək üstünlükdür;
- Yaş həddi: 25-45;
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə " Servis müdiri " qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər. Əlaqə nömrəsi (012) 430 85 85, daxili 123, mobil nömrə: 055 500 6886.